Whatsapp-a böyük yenilənmə gəlib
Meta şirkəti özünün Whatsapp messenceri üçün böyük yenilənməni təqdim edib. Təqdim edilmiş böyük yenilinmədə tərtibatçılar Communities funksiyasını hamı üçün aktiv ediblər və videozənglər funksiyasının imkanlarını genişləndiriblər. Hamı üçün istifadəyə verilmiş Communities funksiyası bir növ Slack messencerini və ya Discord-u xatırladır. Bu yeni funksiya sayəsində istifadəçilər Whatsapp daxilində bir növ icmalar (communities) yarada bilərlər. Həmin icmalar isə özlərində bir neçə qrupları birləşdirə bilərlər. Messencerin tərtibatçıları əmindirlər ki, sözügedən yeni funksiya məktəb təşkilatları və hansısa şirkətin əməkdaşları üçün faydalı olacaq. Belə ki, şirkət əməkdaşları icmalar daxilində bir-biriləri ilə iş barəsində əlaqə yarada bilərlər.

Danimarkadan və İsveçdən olan alimlər dünyada ilk dəfə rəqəmsal məlumatların ötürülməsi çərçivəsində saniyədə 1 Pbit-dən (petabit) daha yuxarı ötürülmə sürətini əldə ediblər. Belə ki, alimlər tərəfindən məlumatların ötürülməsi zamanı saniyədə 1.84 Pbit (saniyədə 1.8 milyon Gbit) sürət əldə edilib. Bu isə dünyanın bütün internet trafikini 2 dəfə üstələyir. Bununla belə sözügedən təcrübə çərçivəisndə alimlər optik lazerdən və optik çipdən istifadə ediblər. Adi istifadəçinin evindəki internet sürəti saniyədə bir neçə yüz Mbit təşkil edir. Bəzi hallarda isə bu göstərici saniyədə 1 Gbit-dir. Hər halda bu, saniyədə 1 Pbit sürətdən milyonlarla dəfə aşağıdır.
Chrome tərtibatçıları brauzerə yeni funksiyalar əlavə etməklə onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə brauzer aktiv olmayan qovluqların dayandırılması və sistem resurslarının digər tətbiqlər üçün azad edilməsi funksiyalarını əldə edib. Reddit istifadəçilərindən biri Chrome Canary-nin son versiyasındakı ayarlarında “Performance” (chrome://settings/performance) adlı yeni bölmə aşkar edib. Sözügedən bölmədə yaddaşa və enerji sərfiyyatına qənaət rejimləri mövcuddur. Yaddaşa qənaət rejimi istifadəçi tərəfindən müəyyən müddət ərzində istifadə edilməyən qovluqları qeyri-aktiv vəziyyətə salaraq RAM yaddaşını azad edir.
Google şirkəti Youtube üçün növbəti böyük yenilənməni anons edib. Dünyanın ən məşhur video platformasında reallaşdırılacaq yeniliklər Youtube-un bütün versiyalarında istifadəyə veriləcək. Yeniliklər istifadəçi interfeysi ilə videoların izlənməsini əhatə edirlər. Beləliklə Android və iOS istifadəçiləri Youtube daxilində izlənən videoları pinch-to-zoom funksiyası vasitəsilə uzadaraq böyüdə biləcəklər. Daha öncə bu funksiya Youtube Premium-da test olunurdu. Lakin o, bütün istifadəçilər üçün aktiv olacaq.