Meta şirkəti ilk AR eynəklərini 2024-cü ildə satışa çıxarda bilər
Verilmiş məlumata əsasən Meta şirkəti öz ilk AR eynəklərini 2024-cü ilin sonuna kimi satışa çıxardacaq. Məlumatda qeyd edilib ki, 2024-cü ildə şirkətin Project Nazare adlı ilk AR eynəyi satışa çıxacaq. Həmin eynək heç bir smartfondan və ya kompüterdən asılı olmayaraq müstəqil şəkildə çalışa biləcək. Bundan əlavə olaraq məlumata əsasən Mark Zuckerberg sözügedən AR eynəyin Hypernova adlı bir qədər sadələşdirilmiş versiyasını da satışa çıxartmağı planlaşdırır. Sadələşdirilmiş AR eynək modeli isə smartfon ilə birlikdə çalışacaq. Həmin eynək smartfondakı mesajları və digər məlumatları əks etdirə biləcək. Bununla yanaşı şirkətin planları artıq bir neçə il üçün hazırdır.