2022-ci ildə istifadəçilər tərəfindən ən çox istifadə edilmiş şifrələrin antireytinqi təqdim edilib
NordPass servisi hər il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələrin antireytinqini təqdim edir. Bu il də istisna olmayıb. Servis tərəfindən tərtib olunan antireytinq özündə həmçinin hackerlərin həmin şifrələri hack etmək üçün sərf etdikləri zamanı da birləşdirir. Məlumatda qeyd edilib ki, reytinqdə əks olunan zaman göstəriciləri nisbidir və müxtəlif faktorlardan asılıdır. Beləliklə bu il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələr siyahısında birinci yeri “password” tutub.
Məlumata əsasən hacker sözügedən şifrəni ortalama olaraq 1 saniyəyə hack edir.
Ardını oxu...
Amerikalı tələbələr 16 ədəd NVIDIA Jetson Nano kompüteri əsasında kompkat ölçülü superkompüter yaradıblar. Tələbələrin əsas tapşırıqları süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş hesablama klasterinin yığılması prosesində tədris materialının mənimsənilməsi olub. Sözügedən layihənin reallaşdırılması üçün tələbələr kompakt ölçülü bir platalı NIVIDA Jetson kompüterindən istifadə ediblər. NVIDIA Jetson Nano 4 nüvəli ARM prosessordan (Cortex-A57), 128 nüvəli GPU-dan və 4 GB həcmində ümumi yaddaşdan ibarətdir.
Whatsapp tərtibatçıları messencerə bir sıra faydalı funksiyanı əlavə etməyə hazırlaşırlar. Birinci yenilik Companion Mode rejimi adlanır. Bu rejim artıq messencerin beta versiyasında test edilir. Companion Mode rejimi messenceri eyni anda bir neçə smartfonda istifadə imkanını verəcək. Bu rejim çərçivəsində istifadəçinin əlavə smartfonları messencerə qoşması halında messencerdəki bütün çat tarixçələri digər smartfonlarda avtomatik olaraq sinxronlaşdırılacaq. Yəni çatlar bütün smartfonlarda görünəcək. Companion Mode rejimindən əlavə olaraq Whatsapp-ın 2.22.24.18 nömrəli beta versiyasında messencerin Android planşetlərdə dəstəklənməsi səhifəsi aşkar edilib. Messencerin Android planşetlərdə dəstəklənməsi yaxın zamanda reallaşdırılmalıdır.
Twitter istifadəçiləri sosial şəbəkənin bir özəlliyi ucbatından dəfələrlə xoşagəlməz vəziyyətlərə düşüblər. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Elon Musk özü bu barədə məlumat verib. Hal hazırda Twitter istifadəçinin tweet-i hansı növ cihazdan paylaşdığını əks etdirir. Məsələn əgər tweet iPhone üzərindən paylaşılırsa, həmin tweet-in yanında “Twitter for iPhone” yazısı əks olunur. Sosial şəbəkədə olan bu özəllik səbəbilə Android smartfon istehsalçıları ilə əməkdaşlıq edən brendlər və ayrı-ayrı şəxslər dəfələrlə əslində iPhone istifadəsi məsələsində yaxalanıblar.
“WhatsApp” onlayn mesajlaşma platforması yeni funksiyanı təqdim etməyi planlaşdırır.