Cümə, 24 Oktyabr 2025

Süni intellekt özü-özünü insan beyni kimi bərpa etməyi öyrənib

Alimlər özünü bərpa edə bilən və ənənəvi modellərlə müqayisədə daha sürətli öyrənən yeni tip süni intellekt təqdim ediblər. Sistem insan beyninin sabitliyi qoruma və yüklənmədən sonra bərpa olunma qabiliyyətini təmin edən homeostaz və özünütənzimləmə prinsiplərinə əsaslanır. Təcrübələrdə bu süni intellekt “səsli” və natamam məlumatlarla işləyərkən yüksək dayanıqlılıq nümayiş etdirib - onun dəqiqliyi mövcud neyroşəbəkələrlə müqayisədə xeyli az azalıb. Bu, tibbi və əczaçılıq sahələrində etibarlı süni intellekt sistemlərinin yaradılmasına yol aça bilər. Ardını oxu...

OpenAI həmtəsisçisi Andrej Karpathy: "Süni intellekt agentləri ən azı 10 ildən sonra çalışa biləcəklər"

Ötən həftə iştirak etmiş olduğu bir podkastda OpenAI-nin həmtəsisçilərindən biri olan Andrej Karpathy etiraf edib ki, funksional süni intellekt agentləri təxminən 10 il sonra real şəkildə işləməyə başlayacaqlar. Süni intellektin sürətli inkişafı özü-özlüyündə tez nəticələrə zəmanət vermir, buna görə də həm bazar iştirakçılarının, həm də istifadəçilərin səbirli olmaları vacibdir. Karpathy-nin sözlərinə görə, hazırkı vəziyyətdə süni intellekt agentləri mükəmməllikdən hələ çox uzaqdırlar. “Onlar sadəcə işləmirlər. Kifayət qədər ağıllı deyillər, kifayət qədər multimodal deyillər, kompüterdən istifadə edə və digər işləri görə bilmirlər.

Ardını oxu...

İnternetdəki məqalələrin 50%-dən çoxu süni intellekt tərəfindən tərtib olunub

Graphite agentliyinin məlumatına görə, 2020-ci ildən 2025-ci ilin may ayınadək dərc olunmuş 65 000 ingilis dilli məqalənin təhlili nəticəsində süni intellektin yaratdığı məqalələrin həcmi ilk dəfə insan tərəfindən yazılanlarla eyni səviyyəyə çatıb. Lakin auditoriya hələ də insan tərəfindən yazılmış mətnlərə üstünlük verir: Google üzərindən yönləndirilən keçidlərin 86%-i insan tərəfindən yazılmış məqalələrə aiddir. Tədqiqatda açıq mənbəli Common Crawl məlumat bazası və Surfer AI detektoru istifadə olunub. Detektor mətnləri 500 sözlük hissələrə bölərək, onların hansı faizinin süni intellekt modeli tərəfindən yaradıldığını müəyyənləşdirib.

Ardını oxu...

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib

Apple şirkəti yeni MacBook Pro noutbukunu təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro modeli şirkətin yeni M5 prosessoru vasitəsilə çalışır. Şirkət bildirib ki, M5 prosessoru sayəsində yeni MacBook Pro süni intellektin Mac kompüterlərində tətbiqi mövzusunda irəli addımdır. Belə ki, M4 vasitəsilə çalışan MacBook Pro ilə müqayisədə M5 vasitəsilə çalışan MacBook Pro-da süni intellekt tapşırıqlarının yerinə yetirilməsi üzrə performans göstəricisi 3.5 dəfə yüksəkdir. Prosessorun yeni nəsil 10 nüvəli GPU-su hər nüvədə neyron sürətləndirici ilə təchiz edilib və bu, M4 ilə müqayisədə çoxnüvəli performansı 20%, M1 ilə müqayisədə isə 6 dəfə artırır. Qrafik performans M4-dən 1.6 dəfə, M1-dən isə 6.8 dəfə daha güclüdür. 16 nüvəli neyron sürətləndirici M4 ilə müqayisədə 3.5 dəfə, M1 ilə müqayisədə 7.7 dəfə daha yüksək sürətlə lokal süni intellekt tapşırıqlarını yerinə yetirir.

Ardını oxu...

İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər

İtaliyanın Gevi Wind şirkəti külək turbinlərinin pərlərinin hücum bucağını tənzimləyən süni intellekt sistemi hazırlayıb. Süni intellekt pərlərin bucağını hər bir neçə millisaniyədən bir tənzimləyir, bunun üçün yalnız küləyin istiqaməti və gücü haqqında deyil, həm də qonşu pərlərin yaratdıqları turbulentlik barədə məlumat alır. Bu yanaşma külək enerjisi hasilatının səmərəliliyini xeyli artırır və Avropa miqyasında şəhər külək energetikasının inkişafı üçün əsas ola bilər. Piza və Roma şəhərlərində ofisləri olan Gevi Wind şirkəti 2022-ci ildə təsis edilib. Şirkət şaquli yerləşdirilmiş pərlərə malik külək generatorları hazırlayır.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1842203
Bu gün
Bu həftə
Bu ay
Ümumi
463
10252
40596
1842203
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.