Cümə, 19 Aprel 2024

ŞƏRUR FİLİALI


Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur filialında hazırda 27 qrup, 31 fərdi olmaqla ümumilikdə 172 nəfər dinləyici təhsil alır. Bütün illər ərzində mərkəzin tam kursunu bitirən dinləyicilər rayonun müxtəlif idarə və təşkilatlarında, həmçinin özəl sektorunda müvafiq işlə təmin olunurlar.

Mərkəzdə aşağıdakı kurslar tədris olunur:

  1. Windows 7 Əməliyyat sistemi
  2. MS Office 2013 (MS Word, MS Excel, MS Power Point, MS Access)
  3. İnternet Explorer
  4. İngilis dili
  5. Riyaziyyat-Robotexnika
  6. “İT” texnikliyi

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur filialında təhsil alan dinləyicilərin öz bilik və bacarıqlarını təkmilləşdirmələri, həmçinin peşəkar və təcrübəli kadr kimi yetişmələri üçün il ərzində mərkəz tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin yekununda qalib olan dinləyicilər təşkilatçılar tərəfindən “Fəxri Fərman”, “Təşəkkürnamə” və qiymətli hədiyyələrlə təltif edilir.

İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Şərur filialının kollektivi il ərzində rayonun ictimai və siyasi tədbirlərində yaxından iştirak edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi