Google şirkəti fərdi şəkildə proqram kodu yaza biləcək süni zəka sistemi üzərində çalışır
Verilmiş məlumata əsasən Google şirkəti yeni məxfi layihə üzərində çalışır. Şirkətin yeni məxfi layihəsi çərçivəsində neyron şəbəkə əsasında proqram kodunu generasiya edə biləcək süni zəka sistemi hazırlanır. Məlumata əsasən bu cür sistem fərdi şəkildə proqram kodları yarada, onları yeniləyə və onlardakı səhvləri aradan qaldıra bilər. Bu layihə Google şirkətinin foto, video və s. generasiya etməyi bacaran süni zəka alqoritmlərinin yaradılması ilə bağlı olan daha böyük proqramının bir hissəsidir. Məlumatda qeyd edlib ki, proqram kodunun generasiyası layihəsi Pitchfork kod adına sahibdir.
O, Alphabet holdinqinin “X” adlı şöbəsində yaradılıb.
Ardını oxu...
Avropa Birliyi artıq 2027-ci ilə kimi peyklərdən ibarət olacaq telekommunikasiya şəbəkəsinə sahib olmağı planlaşdırır. Avropa Parlamenti və Avropa Birliyi ölkələri IRIS2 adlı bu layihənin reallaşdırılmasına artıq razılıq veriblər. Layihə 6 milyard avro dəyərində qiymətləndirilir. Avropa Birliyi büdcəsindən bu layihəyə 2.4 milyard avro vəsaitin yatırılması planlaşdırılır. Yerdə qalan 3.6 milyard avro vəsaiti isə özəl şirkətlər və Avropa Kosmik Agentliyi investisiya şəklində yatıracaqlar. Gözləntilərə əsasən layihə infrastrukturunun 30%-i Avropa şirkətləri tərəfindən qurulacaq. Nəticədə Avropa Birliyi fərdi kosmik şəbəkə sistemini əldə edəcək.
Avropa Birliyi iqlim dəyişiklikləri ilə daha effektiv şəkildə mübarizə aparmaq üçün məlumatların emalı mərkəzlərini (data mərkəzlər) kosmosa göndərmək istəyir. Bu layihə ilə Thales Alenia Space adlı şirkət məşğul olacaq. Sözügedən şirkət aerokosmik məhsulların istehsalı ilə məşğul olur. Məlumatların həcmlərinin yüksəlməsi bütün dünyada yeni data mərkəzlərinin istifadəyə verilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində ekologiyaya ciddi təsir göstərir.
NVIDIA və Microsoft şirkətləri birgə şəkildə bulud superkompüterinin yaradılması layihəsini elan ediblər. Yaradılacaq bulud superkompüteri süni zəka alqoritmləri ilə çalışmaq üçün nəzərdə tutulacaq. Sözügedən layihənin reallaşdırılması üçün şirkətlər öz aparıcı texnologiyalarından istifadə edəcəklər. Şirkətlər arasında olacaq uzunmüddətli əməkdaşlıq çərçivəsində Microsoft Azure bulud platformasından, NVIDIA-nın A100 və H100 qrafik prosessorları əsasında olan hesablama sürətləndiricilərindən, NVIDIA AI Enterprise proqram təminatı platformasından və Quantum-2 InfiniBand adlı
Whatsapp tərtibatçıları messencer daxilində alıcılar ilə şirkətlər arasındakı əlaqəni sadələşdirmək üçün nəzərdə tutulmuş yeni funksiyanı anons ediblər. Faktiki olaraq messencer inteqrasiya edilmiş biznes kataloqu əldə edəcək. Bu isə öz növbəsində sahibkarlara öz xidmətlərinin reallaşdırılması üzrə yeni üsulları təqdim edəcək. Business Finder adlı yeni funksiya Whatsapp daxilində şirkətləri adlar və kateqoriyalar üzrə axtarmağa imkan verəcək. Kateqoriyalara misal olaraq turizm, geyim, qida, bank xidmətləri və s. gətirmək olar.