“Google Chrome”a şifrə daxil etmək "barmaq izi" ilə mümkün olacaq

“Google” tərtibatçıları “Chrome”a şifrə dəstəyi gətirdilər. “Android”, “macOS” və “Windows 11”-də istifadə oluna bilən bu funksiya vebsaytlara daxil olmaq üçün şifrələrin daxil edilməsi dövrünü bitirir. İstifadəçilər şifrə əvəzinə telefonlarında müəyyən etdikləri barmaq izlərindən istifadə edə biləcəklər. Telefonla kompüterdə “Google Chrome” arasında sinxronizasiya istifadəçini şifrədən xilas edəcək. Telefonundan barmaq izini oxuyan istifadəçi, dəstəkləyən internet səhifəsindəki hesabına daxil ola biləcək.
Xüsusiyyətdən istifadə etmək üçün vebsaytlar yenidən konfiqurasiya edilməlidir!
Ardını oxu...
Whatsapp tərtibatçıları messencerdə avatarların konstruktoru funksiyasının istifadəyə verildiyini elan ediblər. Beləliklə bundan sonra Whatsapp istifadəçiləri öz rəqəmsal kopyalarını yarada bilərlər. Məlumatda həmçinin qeyd edilib ki, istifadəçi öz individual avatarını messencerdəki profil fotosu bölməsinə də yerləşdirə bilər. Bu halda istifadəçi avatar üçün nəzərdə tutulmuş 36 növ üz ifadəsindən birini seçməli olacaq. Həmin müxtəlif növ üz ifadələri stikerlər bölməsində yerləşdirilib. İndividual avatarı təkcə profil fotosunda deyil, həmçinin çatlarda bu və ya digər emosiyanı əks etdirmək üçün də istifadə etmək olar.
Meta şirkəti Whatsapp-a yeni funksiyalar əlavə etməklə messenceri təkmilləşdirməyə davam edir. WABetaInfo saytının verdiyi məlumata əsasən hal hazırda messencerdə bir neçə yeni funksiya test olunur və onlar yaxın zamanda istifadəçilər üçün təqdim ediləcək. İstifadəyə veriləcək funksiyalar barəsində məlumatlar verilib. Beləliklə şirkət Whatsapp-ın iOS versiyasında zənglər üçün picture-in-picture funksiyasını test edr. Bu funksiya çərçivəsində istifadəçi Whatsapp vasitəsilə daxil olan və ya edilən zəng zamanı smartfonda digər işlərini görə biləcək.
Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırlayıblar. Siçanlar üzərində aparılmış testlər nəticəsində məlum olub ki, sözügedən yara bandı yaranın sağalma müddətini 25%, dərinin bərpası müddətini isə 50% sürətləndirir. Sözügedən yara bandı iki laydan ibarətdir. Üst layda qalınlığı 100 mikron olan polimer lent yerləşir və həmin lentə elektron komponentlər yerləşdirilib. Aşağı layda isə öz tərkibinə görə dərini xatırladan rezin hidrogelden ibarətdir. Aşağı lay öz növbəsində yara ilə təmasda olur. Yara bandında olan biosensorlar daimi şəkildə yaranın temperaturunu və cərəyan impedansını (dəyişən cərəyan axınına müqavimət) nəzarətdə saxlayırlar. Bu isə ola biləcək iltihabın müddətini aşağı salır.
Hər yeni nəsil mobil şəbəkənin inkişaf dövrü 10 il çəkir. 4G şəbəkəsi 2009-cü ildə təqdim edilmişdi. 2019-cu ildə isə 5G şəbəkəsi təqdim olundu. 6G şəbəkəsinə gəldikdə, onun 2029-2030-cu ildə istifadəyə verilməsi gözlənilir. Verilmiş yeni məlumata əsasən ZTE şirkəti 6G şəbəkəsinin testlərini uğurla yekunlaşdırıb. Aparılmış testlər çərçivəsində şirkət bəzi şəbəkə göstəricilərini yoxlayıb. Lakin məlumatlarda sözügedən şəbəkənin konkret göstəriciləri qeyd edilməyib. Bununla belə 6G perspektiv olaraq məlumatların ötürülməsi sürətini qat-qat yüksəldə bilər. ZTE şirkəti 6G şəbəkəsini əhatə edən tədqiqatlara artıq 16 milyard yuan vəsait xərcləyib.