"Whatsapp"dan yenilik - Bu da mümkün oldu
Sosial mesajlaşma platforması "WhatsApp" yeni funksiyanı təqdim etməyə hazırlaşır.
XəzərXəbər xəbər verir ki, bundan sonra göndərilən mesajları redaktə etmək mümkün olacaq. Bir mesajın redaktəsi üçün platforma 15 dəqiqə vaxt ayıracaq. Redaktə edildikdən sonra mesaj "redaktə edildi" kimi qeyd olunacaq. Yeni funksiyanın bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt əlçatan olacağı dəqiq bilinmir.
Qeyd edək ki, bu funskiya "Facebook"un həm paylaşım bölümündə, həm də şərh bölməsində aktivdir. "Instagram"da isə yazılan hər hansı şərhi redaktə etmək mümkün deyil.

Tikintidə istifadə edilən "Ero Concrete" robotu beton konstruksiyaları sökmək üçün yaradılan unikal qurğudur.
Dünyanın məşhur video platforması "Youtube" istifadəçiləri üçün yeni funksiya tətbiq etməyə başlayıb.
Bir neçə müddət bundan öncə Huawei şirkəti Mate 50, Apple şirkəti isə iPhone 14 smartfon seriyasını təqdim etmişdi. Sözügedən smartfonların ortaq cəhətləri ondan ibarətdir ki, onlar peyk şəbəkəsi dəstəyini əldə ediblər. Beləliklə həm Huawei Mate 50 həm də iPhone 14 smartfonlarının istifadəçiləri mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə peyk şəbəkəsindən istifadə edərək fövqəladə hallar xidməti ilə əlaqə yarada biləcəklər. Ortaya çıxmış yeni məlumata əsasən isə Samsung şirkəti öz rəqiblərindən geridə qalmaq istəmir və buna görə də Huawei və Apple kimi özünün Galaxy smartfonlarına peyk şəbəkəsi dəstəyini əlavə etməyi planlaşdırır.
Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.