Bazar ertəsi, 09 Dekabr 2024

HAQQIMIZDA 


Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi (bundan sonra Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyul 2014-cü il tarixli 218-04/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılmışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini internetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətləri göstərməkdir. Mərkəz yüksək keyfiyyətli internet xidmətləri, web səhifələrinin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması işlərini həyata keçirir. Mərkəz həmçinin, kompüter tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək, əhalinin, dövlət hakimiyyəti  və idarəetmə orqanlarının, ictimai birliklərin və digər hüquqi şəxslərin kompüter texnologiyasının tətbiqi ilə əlaqədar tələbatının kadr hazırlığı vasitəsi ilə ödənilməsini təmin etmək, mülkiyyət, hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə fərdi kompüterlərin, proqram texniki vasitələrin, elektron texnikası məhsullarının və onların tərkib hissələrinin, digər elektron vəsaitlərinin satışı və təmirini təşkil etmək, informatika təliminin texniki və proqram vasitələrinin işlənməsi, hazırlanması və tətbiqini həyata keçirir.

Mərkəz tərəfindən müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan başlıca vəzifələrdən biridir. Mərkəzin ən böyük nailiyyəti onun kadrlarıdır. Mərkəzdə peşəkar və böyük iş təcrübəsinə malik olan yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

Mərkəz əhaliyə göstərilən İnternet xidmətini “Delta Telekom” MMC ilə bağlanmış müqaviləyə əsasən xidmətin Qlobal Şəbəkəyə qoşulmasını təmin etmək üçün ilk əvvəl peyk vasitəsilə, 2005-ci ilin iyun ayından etibarən isə qoşulma TAE (Trans-Asiya-Avropa) fiberoptik magistral xətti vasitəsilə həyata keçirilir.

Yüksək rabitə keyfiyyəti, qoşulma tezliyi, əlverişli qiymətlər bütün bunlar hamısı yalnız İnternet Mərkəzinin abunəçilərinin rahatlığı üçündür!

 Naxçıvan Muxtar Respublikasında ilk dəfə İnternet 1999–cu ildə Naxçıvan Kompüter Mərkəzində abunəçilərin istifadəsinə verilmişdir. O zaman yalnız 8 abunəçi internetə qoşulma imkanı əldə etmişdir. Mənfur qonşumuz Ermənistanın ucbatından blokada şəraitində yaşayan muxtar respublika əhalisinin Beynəlxalq Qlobal İnformasiya və Telekommunikasiya Şəbəkəsinə qoşulmasını təmin etmək məqsədi ilə 10 may 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda yeni İnternet provayder xidməti - Nakhchyvan.AZ-ı abunəçilərin istifadəsinə vermişdir. Bununla da Naxçıvanla Azərbaycan, eləcə də dünya dövlətləri arasında olan informasiya blokadasına son qoyulmuş oldu. 2006-cı ildən internet xidmətinin adı Nakhinternet.az olaraq dəyişdirilib. Nakhinternet.az Naxçıvan Muxtar Respublikasının ən iri İnternet Provayder xidmətidir. İnternet xidməti Naxçıvan şəhər Rabitə İdarəsinin İnternet şöbəsi olaraq fəaliyyətini davam etdirmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 aprel 2010-cu il tarixli Sərəncamı ilə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan MR İnternet Mərkəzi yaradılmışdır.

 Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi (bundan sonra Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyul 2014-cü il tarixli 218-04/S nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzinin bazasında yaradılmışdır.

 “Delta Telekom” MMC ilə bağlanmış müqaviləyə əsasən xidmətin Qlobal Şəbəkəyə qoşulmasını təmin etmək üçün ilk əvvəl peyk vasitəsilə, 2005-ci ilin iyun ayından etibarən isə qoşulma TAE (Trans-Asiya-Avropa ) fiberoptik magistral xətti vasitəsilə həyata keçirilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.