Cümə, 03 May 2024

Youtube-da istifadəçi interfeysi və video izləməklə bağlı yeniliklər istifadəyə veriləcək

Google şirkəti Youtube üçün növbəti böyük yenilənməni anons edib. Dünyanın ən məşhur video platformasında reallaşdırılacaq yeniliklər Youtube-un bütün versiyalarında istifadəyə veriləcək. Yeniliklər istifadəçi interfeysi ilə videoların izlənməsini əhatə edirlər. Beləliklə Android və iOS istifadəçiləri Youtube daxilində izlənən videoları pinch-to-zoom funksiyası vasitəsilə uzadaraq böyüdə biləcəklər. Daha öncə bu funksiya Youtube Premium-da test olunurdu. Lakin o, bütün istifadəçilər üçün aktiv olacaq. Növbəti yenilik videoda lazımi hissələri daha asan şəkildə tapmağa imkan verəcək. Bu funksiya videonun irəli və ya geri çevrilməsi prosesi zamanı işə düşür.

Belə ki, istifadəçi bu və ya digər videonu irəli və ya geri çevirdiyi halda videonun ayrı-ayrı kadrlara bölündüyü kiçik panel aktivləşir. Aktivləşən kiçik panel sayəsində istifadəçi videonun hansı hissəsinin lazımlı olduğunu təyin edə və beləliklə həmin hissəyə keçid edə bilər.

  Youtube-da fonun dəyişməsi üzrə yeni rejim istifadəyə verilib. Bu rejim izlənən videoda istifadə olunan rəng çalarını istifadəçi interfeysinə ötürür. Beləliklə bu zaman istifadəçi interfeysinin rəngi izlənən videonun rəngində olur. Bu rejim Youtube-un mobil və veb versiyasına inteqrasiya edilib. Sözügedən rejim Youtube-da Dark Mode-dan istifadə edən bütün istifadəçilər üçün aktiv olacaq.

 Bununla yanaşı məlumatda qeyd edilib ki, Youtube-un Dark Mode rejimi daha qara olacaq. Bu halda istifadəçi interfeysində əks olunacaq video rəngləri daha aydın şəkildə seçiləcəklər. Bundan sonra Youtube-dakı videoların təsvirlərində olacaq linklər düymələr şəklində əks olunacaqlar. “Subscribe”, “Like”, “Share” və “Download” düymələrinin dizaynlarında kiçik dəyişikliklər edilib və bundan sonra onlar istifadəçinin diqqətini yayındırmayacaqlar. Bütün bu yeniliklər yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq.

 

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071543
Bu gün
Bu həftə
Bu ay
Ümumi
113
4521
1412
1071543
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi