Apple iPhone 13-ün təqdimat tarixini elan edib
Apple şirkəti növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Son zamanlarda olduğu kimi yeni təqdimat tədbiri də online formatda baş tutacaq. Beləliklə Apple şirkətinin növbəti təqdimat tədbiri 14 sentyabr tarixində baş tutacaq. Təbii ki, tədbirin əsas hissəsi məhz iPhone 13 smartfon seriyasına həsr ediləcək. Məlumata əsasən Apple 4 yeni iPhone modelini təqdim edəcək: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max. Yeni iPhone 13 modelləri keçən ilki iPhone 12 modellərindən çox da fərqlənməyəcəklər. Sadəcə olaraq yeni iPhone-lar daha güclü prosessor və bir qədər təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlar.