Cümə, 03 May 2024

Whatsapp-a böyük yenilənmə gəlib

 Meta şirkəti özünün Whatsapp messenceri üçün böyük yenilənməni təqdim edib. Təqdim edilmiş böyük yenilinmədə tərtibatçılar Communities funksiyasını hamı üçün aktiv ediblər və videozənglər funksiyasının imkanlarını genişləndiriblər. Hamı üçün istifadəyə verilmiş Communities funksiyası bir növ Slack messencerini və ya Discord-u xatırladır. Bu yeni funksiya sayəsində istifadəçilər Whatsapp daxilində bir növ icmalar (communities) yarada bilərlər. Həmin icmalar isə özlərində bir neçə qrupları birləşdirə bilərlər. Messencerin tərtibatçıları əmindirlər ki, sözügedən yeni funksiya məktəb təşkilatları və hansısa şirkətin əməkdaşları üçün faydalı olacaq. Belə ki, şirkət əməkdaşları icmalar daxilində bir-biriləri ilə iş barəsində əlaqə yarada bilərlər.

 İcmaların iştirakçıları həmçinin sürətli şəkildə qruplar arasında keçidi reallaşdıra bilərlər. Qrupların adminləri isə bütün istifadəçilərə vacib xəbərləri və ya məlumatları göndərə bilərlər. Bundan əlavə olaraq messencerdəki adi qrup çatlarında yenilik istifadəyə verilib. Belə ki, bundan sonra qrup çatlarında maksimum 1024 nəfər istifadəçi iştirak edə bilər. Bununla yanaşı qrup çatlarına sorğular funksiyası əlavə edilib. Sözügedən funksiya vasitəsilə istifadəçilər digər qrup üzvləri arasında müxtəlif sorğular keçirdə bilərlər. Qrup videozənglərində isə bundan sonra maksimum 32 nəfər istifadəçi iştirak edə bilər.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071683
Bu gün
Bu həftə
Bu ay
Ümumi
253
4661
1552
1071683
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi