SpaceX təyyarələr üçün peyk interneti xidmətini təklif edəcək Starlink Aviation servisini anons edib
SpaceX şirkəti yaxın zamanda Starlink Aviation adlı yeni servisin istifadəyə veriləcəyini elan edib. Sözügedən yeni servis çərçivəsində Starlink-in aviasiya terminallarına sahib təyyarələrin sərnişinləri internetə qoşula biləcəklər. Bununla belə təqdim ediləcək internet sürəti saniyədə 350 Mbit təşkil edəcək. Əgər Starlink Aviation servisi həqiqətən də təyyarə sərnişinlərini bu cür sürətli internet bağlantısı ilə təmin etsə, bu, videozənglərin reallaşdırılması, online oyunların oynanılması və internetdən standart istifadə edilməsi üçün kifayət edəcək.

Whatsapp-a son daxilolma vaxtını digərlərindən gizlətmək imkanı mövcuddur. Lakin messencerə əlavə edilmiş yeni funksiya istifadəçinin real zaman ərzində online olduğunu kimlərin görə biləcəklərini ayarlamağa imkan verir. Daha əvvəllər Mark Zuckerberg messencerdə olan end-to-end şifrələnməsinin üstünlüklərindən danışırdı. İndi isə Whatsapp-ın təhlükəsizlik sisteminə yeni bölmə əlavə edilib və həmin bölmə istifadəçinin messencerdəki online statusunu digərlərdən gizlətməyə imkan verir.
Dünyada bilinən 7000 dildən 2.8 min dil yazı sisteminə sahib deyil. Bu cür dillər machine learning alqoritmləri əsasında çalışan müasir tərcümə sistemləri üçün uyğun gəlmir. Çünki adətən kompüterlər danışıq dilini sonradan növbəti dilə tərcümə etmək üçün onu yazılı dilə çevirirlər. Görünür, Meta şirkəti bu problemin həll yolunu tapa bilib. Meta tərəfindən hazırlanmış Universal Speech Translator (UST) adlı sistem çərçivəsində müəyyən dildə olan şifahi nitq digər dilin şifahi nitqinə tərcümə olunur. Bunun sayəsində metakainatın gələcək istifadəçiləri rahatlıqla öz aralarında qarşılıqlı əlaqədə ola biləcəklər.
Şəbəkə Operatorları Assosiasiyası olan GSMA-nın aparmış olduğu son tədqiqata əsasən mobil şəbəkə Yer kürəsi əhalisinin yalnız 95%-i üçün əlçatandır. Lakin bununla belə Yer kürəsi əhaləsinin 40%-i heç zaman internetdən istifadə etməyib və bu səbəbdən həmin insanlar vacib məlumatlardan və digər imkanlardan məhrumdurlar. GSMA isə öz növbəsində bu məsələ ilə bağlı daha dəqiq statistikanı təqdim edib və insanlar üçün interneti necə əlçatan etməyin lazım olduğunu açıqlayıb. GSMA analitiklərinin sözlərinə əsasən 3.2 milyard insan və ya başqa sözlə desək Yer kürəsi əhaləsinin 40%-i heç zaman internetə daxil olmayıb.
"WhatsApp"da daha bir yeni funksiya yaradılıb.