Bazar, 05 May 2024

Twitter-də tweet-lərin redaktə edilməsi funksiyası hamı üçün istifadəyə veriləcək

Twitter bu il tweet-lərin redaktə edilməsi funksiyasını anons etmişdi. Hər hansısa tweet-i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış tweet-i redaktə edə bilər. Lakin sözügedən funksiya Twitter Blue adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi Twitter istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.

Belə ki, Business Insider-in verdiyi məlumata əsasən tweet-lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq.

 Məlumatda qeyd edilib ki, bu qərarı Twitter-in yeni sahibi olan Elon Musk verib. Bununla bağlı rəsmi məlumat hələ verilməsə də gözləntilərə əsasən tweet-lərin redaktə edilməsi funksiyası ya bu həftə ya da gələn həftə bütün istifadəçilər üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, sözügedən funksiyanın hazırlanmasına 2021-ci ildə start verilmişdi. Bu ilin aprel ayında isə sosial şəbəkə bu funksiyanı məhdud sayda istifadəçi arasında test etməyə başlamışdı.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072920
Bu gün
Bu həftə
Bu ay
Ümumi
374
5898
2789
1072920
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi