Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsaslı alqoritmini təqdim edib
Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən janrda musiqi tərtib etməyi bacarır. Məlumatda qeyd edilib ki, şirkət MusicLM-in təlimatlandırılmasında ümumilikdə 280 000 saat təşkil etmiş müxtəlif audio kontentdən istifadə edib. Google tərəfindən təqdim edilmiş bu süni zəka əsaslı alqoritmin çalışma prosesində olan əsas diqqət çəkən məqam ondan ibarətdir ki, o, müxtəlif musiqi janrlarının və alətlərinin kombinasiyasını reallaşdırmaqla yanaşı həmçinin abstrakt fikirlərin mətn formatında təqdim edilmiş təsvirləri əsasında musiqiləri tərtib edə bilir.

"Microsoft", 'Windows 10 Home" və "Professional" məhsul yükləmə səhifələrində 31 yanvar 2023-cü ilin son satınalma vaxtı olduğunu bildirib.
“CYBER ON” şirkəti tərəfindən aparılan monitorinqə əsasən, 2022-ci il ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 97 veb-resursa xaker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalan Azercell Bakıda ilk 5G şəbəkəsini test rejimində işə salır.
Whatsapp hələ də dünyanın ən məşhur messenceri statusunu özündə qoruyub saxlayır. Lakin bir neçə gündən sonra istifadəçilərin bir hissəsi sözügedən messencerdən istifadə etmək imkanından məhrum olacaqlar. Belə ki, 2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq. Məlumata əsasən 31 dekabr tarixindən sonra messencer artıq bəzi köhnə smartfonlarda çalışmayacaq. Siyahıya 47 smartfon modeli daxil olacaq. Onların arasında Apple, Samsung, Sony, LG, Huawei və s. smartfonlar var.