Bazar, 05 May 2024

Twitter-in daha bir mənfi özəlliyi aradan qaldırılacaq

Twitter istifadəçiləri sosial şəbəkənin bir özəlliyi ucbatından dəfələrlə xoşagəlməz vəziyyətlərə düşüblər. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Elon Musk özü bu barədə məlumat verib. Hal hazırda Twitter istifadəçinin tweet-i hansı növ cihazdan paylaşdığını əks etdirir. Məsələn əgər tweet iPhone üzərindən paylaşılırsa, həmin tweet-in yanında “Twitter for iPhone” yazısı əks olunur. Sosial şəbəkədə olan bu özəllik səbəbilə Android smartfon istehsalçıları ilə əməkdaşlıq edən brendlər və ayrı-ayrı şəxslər dəfələrlə əslində iPhone istifadəsi məsələsində yaxalanıblar. Məsələn 2018-ci ildə Samsung-un rəsmi Twitter hesabı vasitəsilə reklam postu paylaşılmışdı və paylaşılmış postun yanında “Twitter for iPhone” yazısı əks olunmuşdu.

Buna bənzər hadisə vaxtı ikən LG şirkəti ilə də baş vermişdi. Həmin hadisə çərçivəsində LG şirkəti əyilən iPhone ekranları ilə bağlı tweet paylaşmışdı və həmin tweet-in yanında “Twitter for iPhone” yazısı əks olunmuşdu. Digər tərəfdən qeyd etmək lazımdır ki, məşhur brendlər sosial şəbəkələrdəki hesablarını özləri idarə etmirlər. Onlar bu öhdəliyi SMM agentliklərinə həvalə edirlər. Buna görə də buna bənzər hadisələr tez-tez baş verir.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073050
Bu gün
Bu həftə
Bu ay
Ümumi
504
6028
2919
1073050
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi