Photoshop mətnli sorğu vasitəsilə fotolara arxa fon təsvirini yerləşdirməyi öyrənib
Photoshop-un yeni versiyasında neyron şəbəkəsi əsasında çalışan yeni faydalı funksiya istifadəyə verilib. Söhbət, fotonun generativ genişlənməsi funksiyasından gedir. Daha öncə Photoshop buna bənzər funksiyanı artıq əldə etmişdi. Həmin funksiya neyron şəbəkəsi vasitəsilə bu və ya digər fotoya müxtəlif arxa fonları tərtib etməyə imkan verirdi. Lakin həmin funksiya çərçivəsində neyron şəbəkə avtomatik şəkildə çalışırdı.
Photoshop-un yeni beta versiyasında isə oxşar funksiya bu və ya digər fotoya istifadəçinin sorğusu əsasında arxa fonu tərtib edir.
Ardını oxu...
Ortaya çıxmış məlumata əsasən Google şirkəti xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmi üzərində çalışır. Bu layihənin Genesis kod adına sahib olduğu bildirilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət Genesis-i artıq The New York Times, The Washington Post və The Wall Street Journal kimi nəşriyyatların rəhbərlərinə sərgiləyib. Ortaya çıxmış məlumata əsasən Google tərəfindən hazırlanan süni zəka alqoritmi bu və ya digər hadisələr əsasında xəbərləri tərtib edə bilir. Google hesab edir ki, bu cür süni zəka alqoritmi jurnalistlərin yardımçısı rolunda çıxış edə bilər.
Hollandiyanın SenseGlove adlı texnoloji şirkəti Nova 2 adlı əlcəyi təqdim edib. Sözügedən texnoloji əlcək virtual və artırılmış reallıq mühitindəki obyektlərlə qarşılıqlı əlaqə zamanı güclü taktil geridönüşü sərgiləyir. Bu əlcək vasitəsilə dünyanın digər hissəsində yerləşən biznes partnyorun əlini sıxmaq və ya müxtəlif rəqəmsal obyektlərlə qarşılıqlı əlaqədə olmaq olar. Bütün bunlar güclü taktil geridönüş texnologiyası vasitəsilə reallaşır.
Koreya Elm və Texnologiya İnstitutunun mütəxəssisləri DarkBERT adlı süni zəka modelini yaradıblar. Sözügedən süni zəka modeli darknetdə qiymətli elmi məlumatların axtarılması üçün nəzərdə tutulub. Neyron şəbəkəsi bunun üçün xüsusi filtrlərə sahibdir və həmin filtrlər istifadəçiləri arzuolunmaz məlumatlardan qorumaq üçün nəzərdə tutulub. DarkBERT neyron şəbəkəsi 2019-cu ildə hazırlanmış RoBERTa adlı arxitekturaya əsaslanır.
Verilmiş məlumata əsasən 2022-ci ildə bütün internet trafikinin 47.4%-i botlara aid olub. Bu isə 2021-ci ildəki göstəricidən 5.1% yüksəkdir. İnsanlar tərəfindən generasiya edilən internet trafik göstəricisi 2022-cin ildə 52.6% təşkil edərək son 8 ildə ən aşağı səviyyəyə düşüb. Artıq dördüncü ildir ki, internet trafik mövzusunda botların payı getdikcə artır. Söhbət, qeyri-qanuni məqsədlərdə istifadə edilən botlardan gedir. Bu cür botlara çoxlu sayda insanlara spamların göndərilməsi, casusluq,