Bazar ertəsi, 06 May 2024

Whatsapp-a yaxın zamanda bir sıra faydalı funksiya əlavə ediləcək

    Whatsapp tərtibatçıları messencerə bir sıra faydalı funksiyanı əlavə etməyə hazırlaşırlar. Birinci yenilik Companion Mode rejimi adlanır. Bu rejim artıq messencerin beta versiyasında test edilir. Companion Mode rejimi messenceri eyni anda bir neçə smartfonda istifadə imkanını verəcək. Bu rejim çərçivəsində istifadəçinin əlavə smartfonları messencerə qoşması halında messencerdəki bütün çat tarixçələri digər smartfonlarda avtomatik olaraq sinxronlaşdırılacaq. Yəni çatlar bütün smartfonlarda görünəcək. Companion Mode rejimindən əlavə olaraq Whatsapp-ın 2.22.24.18 nömrəli beta versiyasında messencerin Android planşetlərdə dəstəklənməsi səhifəsi aşkar edilib. Messencerin Android planşetlərdə dəstəklənməsi yaxın zamanda reallaşdırılmalıdır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073152
Bu gün
Bu həftə
Bu ay
Ümumi
70
606
3021
1073152
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi