Bazar, 05 May 2024

Amerikalı tələbələr büdcəli superkompüter hazırlayıblar

Amerikalı tələbələr 16 ədəd NVIDIA Jetson Nano kompüteri əsasında kompkat ölçülü superkompüter yaradıblar. Tələbələrin əsas tapşırıqları süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş hesablama klasterinin yığılması prosesində tədris materialının mənimsənilməsi olub. Sözügedən layihənin reallaşdırılması üçün tələbələr kompakt ölçülü bir platalı NIVIDA Jetson kompüterindən istifadə ediblər. NVIDIA Jetson Nano 4 nüvəli ARM prosessordan (Cortex-A57), 128 nüvəli GPU-dan və 4 GB həcmində ümumi yaddaşdan ibarətdir.

Nəticədə hazırlanmış kompakt ölçülü superkompüter 16 ədəd NVIDIA Jetson Nano-dan ibarət olub. Həmin cihazlar adi stolüstü kompüter keysinin ölçüsündə olan kastom (castom) keysin daxilinə yerləşdirilib.

  Əldə edilmiş superkompüterin daxilinə həmçinin enerji bloku, soyutma sistemi, kompüterin plataları ilə digər elementlərini bir-biriləri ilə birləşdirən 60 ədəd naqil yerləşdirilib. Bir ədəd Jetson Nano cihazı 472 giqaflops performans sərgiləyir və 100$ qiymətində satılır. Buna görə də tələbələrin hazırlamış olduqları superkompüter bir növ büdcəli superkompüter alınıb.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073044
Bu gün
Bu həftə
Bu ay
Ümumi
498
6022
2913
1073044
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi