Ağlınızdakı fikirləri yazıya çevirən BrainGPT hazırlanır!
Texnologiya inanılmaz sürətlə davam edir. İllər əvvəl fantastik filmlərdə gördüyümüz texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən ağlınızdakı fikirləri yazıya çevirən BrainGPT adlı sistem hazırlanır. Qeyd edək ki, GrapheneX-UTS insan mərkəzli süni intellekt mərkəzi sistemin hazırlanması üzərində fokuslanıb.
Bu sistem bir çox araşdırmada tez-tez istifadə edidiyini gördüyümüz standart EEG və ya Elektroensefaloqramma üzərində qurulan infrastrukturda
Ardını oxu...
Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya qrup çatlarını əhatə edir. Söhbət, qrup çatlarında bu və ya digər mesajın çatın yuxarı hissəsinə bərkidilməsi funksiyasından gedir. Qrup çatı daxilində bu və ya digər mesajı çatın yuxarı hissəsində bərkitmək üçün mesajın üzərinə klikləyib saxlamaq lazımdır. Nəticədə ortaya çıxacaq kontekst menyuda müvafiq bəndi seçərək mesajı çatın yuxarı hissəsində bərkitmək mümkün olacaq.
Gələn ilin aprel ayında bağlanacaq Google Podcast xidmətindən istifadə edənlər mövcud podcast abunəliklərini asanlıqla YouTube Music platformasına köçürə biləcək. Hazırda bu seçim yalnız Amerikadakı istifadəçilər üçün əlçatandır. Lakin tezliklə Google bütün dünyadakı istifadəçilərə öz abunəliklərinin YouTube Music platformasına köçürməsinə icazə verəcək. Onu da qeyd edək ki, Podcast xidməti aprel ayında bağlansa da, amerikalı istifadəçilər podkastları hələ 2024-cü ilin martına qədər dinləyə biləcək.
Nokia bu dəfə televizor sahəsində rəqabətə girir. Belə ki, Avropada Nokia lisenziyası ilə televizorları və Android TV qutuları istehsal edən StreamView şirkəti yeni modellərini