Bazar ertəsi, 14 Oktyabr 2024

Microsoft reklam izləmək müqabilində pulsuz oyun verə bilər!

 

Hazırda internetdə bir çox platformada reklam yayımlanır. Belə ki, YouTube, Facebook, Instagram habelə Twitch kimi məşhur platformalarda reklamlardan əhəmiyyətli dərəcədə istifadə olunur. Ümumiyyətlə bir çox şirkət reklam vasitəsi ilə gəlir qazanmağı üstün tutur. Microsoft şirkəti isə reklam müqabilində istifadəçilərinə pulsuz oyun vermək üçün hazırlıq görməyə başlayıb. Bildiyimiz kimi, hazırda Microsoft Xbox Cloud Gaming bulud oyun xidmətində sadəcə Fortnite oyununu pulsuz təklif edir. Habelə indi texnologiya nəhəngi reklam izləmək müqabilində pulsuz təklif edilən oyunların sayını artıra bilər.

Microsoft Gaming CFO-su Tim Stuart ötən ayın sonunda Wells Fargo TMT sammitində verdiyi müsahibədə reklam izləmək müqabilində pulsuz oyun əldə etməklə bağlı imkandan da bəhs edib.

Stuart müsahibədə bildirib ki, “Dünyanın istənilən nöqtəsindən o cümlədən Afrika, Hindistan Cənub-Şərqi Asiyadan 30 saniyəlik reklam izləmək müqabilində 2 saat oyun oynamaq imkanı əldə etmək istəyirsiniz?”. Bununla da texnologiya nəhənginin gələcək planlarından biri ortaya çıxıb.

Qeyd edək ki, Cloung Gaming-ə əlavə ediləcək reklam müqabilində oyun ideyası əsasən smartfon istifadəçilərinin, oyun konsolları və ya fərdi kompüterlərin çox olduğu bazarlarda uğurlu ola bilər. Microsoft şirkətinin isə belə genişmiqyaslı təcrübəyə başlayıb-başlamayacağını isə zaman göstərəcək. Analitiklərə görə Microsoft tərəfində xüsusilə Xbox Cloud Gaming-də işlər son bir ildə yavaşlayıb. Habelə ötən il Xbox Cloud Gaming istifadəçilərinin sayı 20 milyonu ötmüşdü.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1259683
Bu gün
Bu həftə
Bu ay
Ümumi
644
1562
16088
1259683
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.