Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib
Microsoft şirkəti Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılması prosesinə start verib. Belə ki, Windows 11-in yeni test versiyasında sözügedən səsli köməkçi artıq deaktiv edilib. Bununla yanaşı Windows 11-in stabil versiyasında Microsoft Store tətbiqinin yenilənməsini əldə etmiş bəzi istifadəçilər də qeyd ediblər ki, yenilənmədən sonra Cortana artıq çalışmır. Windows 11-in yeni test versiyasında Cortana-nı işə salmaq istəyən zaman istifadəçiyə belə bir bildiriş sərgilənir. “Cortana Windows-da avtonom tətbiq kimi artıq köhnəlib”.