Google Bard çat-botunun təkmilləşdirilmiş versiyası hazırlanır
Verilmiş məlumata əsasən Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunun təkmilləşdirilmiş versiyası üzərində çalışır. Məlumatda qeyd edilib ki, çat-botun təkmilləşdirilmiş versiyası Bard Advanced adını əldə edəcək. Məlumata əsasən Bard Advanced-in əsasında Google şirkətinin keçən ay təqdim etmiş olduğu Gemini Ultra süni zəka modeli dayanır. Çox güman ki, Gemini Ultra sayəsində Google Bard çat-botun hal-hazırki adi versiyasından daha təkmilləşdirilmiş olacaq.

WordPad tətbiqi 30 ilə yaxın Windows əməliyyat sisteminin bir hissəsi olub. Sözügedən tətbiq ilk dəfə Windows 95 əməliyyat sistemində istifadəyə verilmişdi. İndi isə Microsoft şirkəti elan edib ki, o, yaxın zamanda WordPad tətbiqini Windows 11-dən siləcək. Maraqlısı ondadır ki, WordPad Windows tətbiqləri arasında Dark Mode rejimini əldə etməmiş tətbiqlərdən biri idi. Bu isə öz növbəsində şirkətin ondan imtina edəcəyinə işarə edirdi.
“Facebook”da tətbiq olunan yeniliklə istifadəçilər mobil tətbiq üzərindən öncəki günlərdə hansı linklərə daxil olduqlarını görə bilirlər.
Süni intellekt alətləri hər keçən gün təkmilləşir və yeniliklər ilə qarşımıza çıxır. Belə ki, indi alimlər insanların nə vaxt öləcəyini 78% dəqiqliklə proqnozlaşdıra bilən süni intellekt modeli
Microsoft şirkəti Windows 11 istifadəçilərinin çoxdan gözlədikləri yeniliyi sonunda reallaşdırıb. Söhbət, əməliyyat sisteminin özünü fərdi şəkildə yenidən quraşdıra bilməsi imkanından gedir. Bu yeni funksiya Windows 11-in hələ ki, beta versiyasında istifadəyə verilib. Windows 11-i bütün faylların qorunması ilə daha əvvəllər də yenidən quraşdırmaq mümkün idi. Lakin bunun üçün Media Creation Tool-dan istifadə etmək lazım gəlirdi. Bunu isə heç cür sadə proses adlandırmaq olmaz. Əməliyyat sisteminin beta versiyasında istifadəyə verilmiş Fix problems using Windows Update adlı yeni funksiya Windows 11-i yenilənmə mərkəzi vasitəsilə yenidən quraşdırır.