Məlumatların QR-kodlar şəklində saxlanmasının yeni texnologiyası təqdim olunub

Almaniyanın “Cerabyte” şirkəti məlumatların saxlanmasının yeni texnologiyası üzərində işləyir. Bu texnologiya cəmi 50-100 atom qalınlığında keramik nanoqatlardan hazırlanmış yeni daşıyıcıya QR-kodları yerləşdirmək imkanı verir. Yeni texnologiya məlumatların uzunmüddətli saxlanması sənayesində inqilab da edə bilər.
Şirkət yeni texnologiyanın məlumatları Selsi şkalası üzrə 300 dərəcə temperaturadək 5 min il ərzində saxlamaq qabiliyyətinə malik olduğunu təsdiqləyir.
Ardını oxu...
Google təhlükəsizlik səbəblərini əsas gətirərək, dekabrın 1-də qeyri-aktiv Google hesablarını və onların məzmununu silməyə başlayacaq.
Instagram-ın rəhbəri Adam Mosseri elan edib ki, fotoservisin bütün dünyadakı istifadəçiləri artıq Reels videolarını öz cihazlarına yükləyə bilərlər. Lakin burda bir sıra nüansları qeyd etmək lazımdır. Daha öncə istifadəçilər Instagram videolarını yalnız tətbiq daxilində seçilmişlər arasında saxlayıb daha sonra izləyə bilirdilər. Məlumatda qeyd edilib ki, istifadəçi öz cihazına Reels videonu yükləyən zaman yüklənmiş videoya videonun müəllifinin hesab adı əlavə ediləcək. Eyni üsul həmçinin TikTok-da da reallaşdırılıb. Reels videonu yükləmək üçün Share düyməsinə klikləyib yükləmə bəndini seçmək lazımdır. Videoların müəllifləri həmçinin öz Reels videolarının yüklənməsini deaktiv etmək imkanına da sahib olublar. Bundan əlavə olaraq yüklənmiş videoda lisenziyalı audio fayl istifadə edildiyi halda video səssiz formatda yüklənəcək.
Son zasmanlarda Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunu təkmilləşdirməklə məşğuldur. Çat-bot üçün təqdim edilmiş yenilənmə özündə Youtube videolarının analizi funksiyasını birləşdirir. Bu funksiya sayəsində istifadəçi bu ya digər Youtube videosundan konkret məlumatı əldə edə biləcək. Sözügedən funksiyanın istifadə nümunəsi kimi Espresso Martini adlı kokteylin reseptini özündə birləşdirən video istifadə edilib.