Çərşənbə axşamı, 26 Avqust 2025

Apple şirkəti macOS Sonoma-nın yeni versiyasını anons edib

Apple şirkəti macOS Sonoma 14.1-in yeni versiyasını anons edib. Anons edilmiş versiya macOS Sonoma 14.1 Beta 2 adını əldə edib. Bu versiyadan tərtibatçılar və tərtibatçı hesabına sahib istifadəçilər artıq yararlana bilərlər. MacOS Sonoma 14.1 Beta 2-nin adi istifadəçilər üçün nəzərdə tutulmuş versiyası isə daha sonra istifadəyə veriləcək. Apple macOS Sonoma-nın bu versiyasında bəzi sistem səhvlərini aradan qaldırıb və Coverage bölməsini yeniləyib. Beləliklə sözügedən bölmə artıq iPhone və iPad-dəki Coverage bölməsini xatırladır.

Google süni zəka əsaslı Bard çat-botunu Google Assistant-a inteqrasiya edəcək

 

Dünən Google şirkətinin özünün Pixel 8 smartfonlarını təqdim etdiyi tədbirdə şirkət Bard adlı süni zəka əsaslı çat-botunu Google Assistant səsli köməkçisinə inteqrasiya edəcəyini elan etdi. Şirkətin fikrincə generativ süni zəka əsaslı Bard çat-botu ilə Google Assistant səsli köməkçisinin sintezi istifadəçilərin sorğularına daha kontekst istiqamətli cavabların təqdim edilməsinə şərait yaradacaq.

Ardını oxu...

Google şirkəti bugün 25 yaşını qeyd edir

 

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. Google şirkəti Larry Page və Sergey Brin tərəfindən 4 sentyabr 1998-ci il tarixində təsis edilsə də, şirkətin hər il ad günü məhz 27 sentyabr tarixində qeyd edilir. Bu münasibətlə Google Search-də müvafiq doodle işə salınıb. “25 il bundan öncə biz, istifadəçilərin öz böyük və kiçik suallarına cavab tapmaları üçün Google Search-ü istifadəyə verdik. Həmin vaxtdan milyardlarla insan məhz bu məqsədlə bizim məhsul və servislərimizə müraciət etdilər” - deyə Google bloqunda qeyd edilib. Google Search-də işə salınmış yeni doodle-da Google loqosunun illər ərzində necə dəyişdiyi əks olunub.

Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb. Belə ki, bu ilin sonuna kimi Gmail-in HTML rejiminin fəaliyyəti dayandırılacaq. Elektron poçt servisinin HTML versiyası 2024-cü ilin yanvar ayına kimi çalışacaq. Qeyd etmək lazımdır ki, Gmail-in HTML versiyası brauzerlərin köhnə versiyalarında və keyfiyyətli internet bağlantısının olmadığı hallarda istifadə edilir. Gmail-in HTML versiyası adi versiyanın sahib olduğu bəzi funksiyalardan məhrumdur. Söhbət, çat, orfoqrafiya yoxlanışı, sürətli düymələr, kontaktların əlavə edilməsi və importu və formatlama funksiyalarından gedir.

OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı ilə bağlı danışıqlar aparır. Məlumata əsasən bu öz növbəsində şirkətin bazar dəyərini 90 milyard dollara yüksəldə bilər. Çox güman ki, söhbət, şirkətin yeni səhmləri deyil, öz əməkdaşlarının sahib olduqları səhmləri satışa çıxartmaq istəməsindən gedir. Səhmlərinin müəyyən hissəsinin Microsoft-a məxsus olduğu OpenAI şirkəti bu məlumatın ortaya çıxması fonunda hal hazırda diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, şirkətin hal hazırda bazar dəyəri 29 milyard dollar təşkil edir. Aprel ayında OpenAI bir sıra vençur şirkətindən ümumilikdə 300 milyon dollar investisiya əldə etmişdi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1743871
Bu gün
Bu həftə
Bu ay
Ümumi
716
2653
31171
1743871
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.