Dünyanın ilk avtonom yol təmir robotu sınaqdan keçiriləcək!
Dünyanın ilk avtonom çuxurları təmir edə bilən robotu yol sınaqlarına başlayır. Robotiz3d və Liverpul Universitetinin alimləri tərəfindən hazırlanmış robot çuxurların aşkarlanmasında yenilik etmək və yoldan istifadə edən insanlar üçün daha rahat təcrübə təmin etmək üçün nəzərdə tutulub.
Süni intellekt ilə dəstəklənən “Avtonom Yol Təmir Sistemi” avtonom şəkildə yollara nəzarət edir və həmin yollar çuxurlara çevrilməzdən əvvəl onları aşkar edərək doldurur. Bu proaktiv yanaşma çuxurların əmələ gəlməsinin qarşısını alır, eyni zamanda təmir ehtiyacını əhəmiyyətli dərəcədə azaldır.
Ardını oxu...
Neuralink şirkəti nəhayət ilk xəstənin beyninə kompüterlə əlaqə saxlamasına imkan verən çip yerləşdirib. İlk əməliyyat olduqca uğurlu həyata keçirilib. Qeyd edək ki, bu il ümumilikdə 11 könüllü xəstənin belə əməliyyat keçirəcəyi daha əvvəl də bildirilmişdi. Neuralink 2024-cü ildə öz sınaqlarında ciddi inkişaf əldə edə bilər.
Bu il fevralın 17-18-də Naxçıvanda, martın 2-3-də isə Bakıda Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” yarışının bölgə çempionatları keçiriləcək.
Google şirkəti smart saatlar üçün nəzərdə tutulmuş WearOS əməliyyat sisteminin yeni versiyasını hazırlayır. Məlumata əsasən əməliyyat sisteminin yeni versiyası WearOS 5 adlanacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, WearOS 5-in əsasında Android 14 dayanır. Qeyd etmək lazımdır ki, Google əməliyyat sisteminin yeni versiyasını Samsung ilə birgə hazırlayır. Burdan da belə qənaətə gəlmək olar ki, WearOS 5-i ilk növbədə Galaxy Watch 7 smart saatları əldə edəcəklər. WearOS 5-də nə kimi yeniliklərin olacaqları barəsində bir məlumat yoxdur. Çox güman ki, WearOS 5 yaz fəslində keçiriləcək Google I/O 2024 konfransı çərçivəsində təqdim ediləcək.