Cümə, 03 May 2024

Whatsapp-da qrup çatları üçün yeni funksiya istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya qrup çatlarını əhatə edir. Söhbət, qrup çatlarında bu və ya digər mesajın çatın yuxarı hissəsinə bərkidilməsi funksiyasından gedir. Qrup çatı daxilində bu və ya digər mesajı çatın yuxarı hissəsində bərkitmək üçün mesajın üzərinə klikləyib saxlamaq lazımdır. Nəticədə ortaya çıxacaq kontekst menyuda müvafiq bəndi seçərək mesajı çatın yuxarı hissəsində bərkitmək mümkün olacaq.
Standart olaraq mesaj çatın yuxarı hissəsində 7 gün ərzində bərkidilmiş qalacaq. Lakin istifadəçi öz istəyinə uyğun olaraq mesajı 24 saat və ya 30 gün müddətinə də bərkidilmiş saxlaya bilər. Məlumatda qeyd edilib ki, istifadəçi istənilən mesajı çatın yuxarı hissəsinə bərkidə bilər. İstər mətn formatlı mesaj olsun, istərsə də media faylı özündə birləşdirən mesaj olsun. Sözügedən yeni funksiya tədricən istifadəyə verilir və yaxın zamanda hamı üçün aktiv olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071533
Bu gün
Bu həftə
Bu ay
Ümumi
103
4511
1402
1071533
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi