Instagram gizli hesablara atılmış istəklərə səbəb göstərmək gətirir!
Instagram tezliklə izləmə sorğusu göndərərkən səbəb əlavə etməyə icazə verəcək yenilik üzərində işləyir. Bu xüsusiyyət sizi tanımayan istifadəçinin sizin haqqınızda təsəvvür yarada bilməsi üçün hazırlanır, deyə qeyd edilib. Funksiya barədə daha əvvəl Instagram ilə bağlı gələcək yeni xüsusiyyətləri açıqlayan Alessandro Paluzzi bildirib.
Paluzzi tərəfindən paylaşılan xüsusiyyətin iddia edilən ekran görüntüsü, Instagram-ın sizə müxtəlif seçimlər arasından seçim etmək imkanı verə biləcəyini göstərir.
Ardını oxu...
Chrome brauzerinin Incognito adlı rejimi brauzer tarixçəsində heç bir iz qoymadan saytlara baxış imkanını verir. Lakin bu, Google şirkətinə Chrome istifadəçilərinin aktivliklərini izləməkdə mane olmur. Şirkət bunu, Incognito rejiminin təsvirindəki məlumata düzəliş edərək etiraf edib. Google 2020-ci ildən müəyyən sayda istifadəçidən ibarət qrupla məhkəmə prosesində idi. Belə ki, istifadəçilər şirkəti Chrome brauzerindəki Incognito rejimində belə istifadəçiləri izləməkdə günahlandırırdı. Keçən ilin sonuna yaxın isə şirkət bu məsələnin sülh yolu ilə həll edilməsinə razılıq verdi. Yaxın zamanda baş tutacaq məhkəmə qərarı vasitəsilə şirkətin istifadəçilərə ümumilikdə nə qədər təzminat ödəyəcəyi bilinəcək.
Məhəmməd ibn Zeyd Əl-Nəhayan adına Süni Zəka Universitetinin (MBZUAI) tədqiqatçılar komandası əsl insanın əl yazısına bənzər şriftləri tərtib etməyi bacaran neyron şəbəkəsini yaradıblar. Yaradılmış neyron şəbəkəsinin təlimatlandırılması üçün əl yazısı nümunəsinin kiçik bir fraqmenti kifayət edib. Mütəxəssislər ilk növbədə ingilis dilində əl yazısının tərtib edilməsinə diqqət ayırıblar. Lakin növbəti mərhələlərdə onlar bu neyron şəbəkəsinə digər dillərdə də əl yazısının tərtib edilməsini öyrədəcəklər. Mütəxəssislər yaratmış olduqları neyron şəbəkəni əl yazısını tərtib edən digər sistemlər ilə müqayisə ediblər. Bunun üçün onlar bu mövzuda 3 neyron şəbəkəsi tərəfindən tərtib edilmiş nümunələri 100 nəfərə göstəriblər və həmin şəxslərə ən yaxşı variantı seçmək təklifini ediblər. Məlum olub ki, 100 nəfər şəxsin 81%-i məhz yaradılmış yeni neyron şəbəkəsinin tərtib etmiş olduğu nümunəni seçib.
Bir çox texnologiya nəhəngi kimi, Google da ABŞ-da baş tutan CES 2024 sərgisi çərçivəsində bir çox yenilik elan edib. Belə ki, Android üçün Nearby Share sistemi artıq Quick Share olur və Chrome brauzeri birbaşa avtomobillərə
Getty Images şirkəti NVIDIA ilə birgə Generative AI by iStock adlı yeni platformanı təqdim edib. Sözügedən platforma mətn formatında təsvirlər əsasında stock fotoların tərtib edilməsi üçün nəzərdə tutulub. Bu yeni platforma daha öncə anons edilmiş Generative Getty Images adlı servisin inkişaf etmiş versiyasıdır.