Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub
Niderlandın Delft Texniki Universitetindən bir qrup alim avtopilot rejimində işləyən dronlar sahəsində əlamətdar bir hadisəni qeyd edib. Belə ki, süni zəka tərəfindən idarə olunan uçan aparat beynəlxalq yarışda ilk dəfə insan pilotları qabaqlaya bilib. Bu hadisə 2025-ci ildə Əbu-Dabidə keçirilmiş A2RL Drone Championship yarışında baş verib. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yerləşən böyük və əyri konstruksiyalı məkanda dron yarışlarına həsr olunmuş iki nüfuzlu tədbir keçirilib. Falcon Cup Finals yarışında bir-birilə insan pilotları mübarizə aparıblar.

Süni zəkanın tətbiqi bəşər tarixindəki bütün əvvəlki texnoloji inqilablardan fərqlənir. Vençur investoru Mary Meeker 340 slayddan ibarət 
Əməliyyat epilepsiyadan müalicə alan xəstənin beyin əməliyyatı planı zamanı həyata keçirilib. Paradromics tərəfindən hazırlanmış cihaz təxminən 20 dəqiqəlik qısa müddət ərzində xəstənin beyninə daxil edilib və sonra uğurla çıxarılıb. Şirkət bildirib ki, bu prosedurla cihazın insan beyninə təhlükəsiz şəkildə implantasiya oluna və sinir fəaliyyətini uğurla qeyd edə biləcəyini sübut edib. Paradromics-in baş direktoru və qurucusu Matt Angle verdiyi açıqlamada bildirib ki, “Biz qoyunlarda cihazımızın məlumat və uzunömürlülük baxımından sinifdə ən yaxşı olduğunu nümayiş etdirmişik və indi onun insanlarla uyğun olduğunu göstərdik. Bu, həqiqətən həyəcan vericidir və qarşıdan gələn klinik sınaqlarımız üçün böyük həyəcan yaradır”.
Meta istifadəçilərə fərdi chatbotlar yaratmağa imkan verən funksiyadan başlayaraq WhatsApp-da süni intellekt alətlərini genişləndirir. Hazırda yalnız az sayda beta testerləri üçün əlçatan olsa da, bu xüsusiyyət növbəti bir neçə həftə ərzində daha çox insan üçün əlçatan ola bilər.