Çərşənbə, 03 Dekabr 2025

Süni intellekt emosiyaları dərk etməkdə insanlardan daha yaxşıdır!

OpenAI kimi texnologiya nəhəngləri insan yerinə adi vəzifələri yerinə yetirəcək qədər inkişaf etmiş modellər üzərində çalışarkən, bu modellərin emosional zəka sahəsindəki performansı artıq göz ardı edilə bilməyəcək səviyyəyə çatıb. İsveçrənin Cenevrə və Bern universitetlərindən alimlərin birgə apardıqları yeni araşdırma, köhnə dil öyrənmə modellərinin emosional anlayışda insanları üstələdiyini ortaya çıxarıb. Beləliklə, süni intellekt artıq emosiyaları dərk etməkdə insanlardan belə daha yaxşıdır.

Communications Psychology jurnalında dərc edilən araşdırmada ChatGPT-4, Gemini 1.5 Flash, Claude 3.5 Haiku da daxil olmaqla altı aparıcı süni intellekt modeli sınaqdan keçirilib.

Ardını oxu...

Google oğurlanmış parollar avtomatik olaraq dəyişdiriləcək!

Google Chrome-da “Google Password Manager” xidmətinə yeni funksiya əlavə edilib. Google I/O 2025-in bir hissəsi kimi elan edilən yeni funksiya oğurlanmış parolları dərhal bərpa etməyə imkan verəcək. Beləliklə, Google şirkətinin elan etdiyi yeni funksiya ilə artıq oğurlanmış parollar avtomatik olaraq dəyişdirəcək.

Tədbirdə elan edilən yeniliklərdən biri də Google Chrome-a əlavə olunacaq yeni təhlükəsizlik funksiyası idi. Google Chrome istifadəçiləri artıq parollarının oğurlanmasından narahat olmayacaqlar.

Ardını oxu...

Google Gemini süni intellektini Chrome-a inteqrasiya edib!

Beləliklə, Google şirkəti yeni I/o tədbirində bir sıra yeniliklər elan edib. Onlardan biri də Chrome və Gemini ilə bağlıdır. Belə ki, Google, indi Gemini süni intellekt köməkçisini Chrome brauzerinə inteqrasiya edib. Bundan sonra Gemini brauzerinizin pəncərəsinin yuxarısındakı tapşırıqlar panelində simvol kimi görünəcək.

Google deyir ki, onun AI köməkçisi nəhayət bir neçə açıq tab arasında keçid və ya veb səhifənin müxtəlif hissələri arasında sürüşməyi tələb edə biləcək tapşırıqlarda kömək edə bilər. İlk istifadəyə verildiyi zaman o, yalnız bir tab haqqında suallara cavab verə biləcək.

Ardını oxu...

Generativ süni zəka istehsal sahəsində insanların 80%-ni əvəz edə bilər

Generativ süni zəka yeni nəsil zavodlarda istehsal işlərinin 80%-ni yerinə yetirə bilər, lakin qalan 20% tapşırıqlar üçün hələ də ixtisaslı mütəxəssislər - insanlar tələb olunacaq. Bu fikri Computex 2025 sərgisi çərçivəsində Taybeydə çıxış etmiş dünyanın ən böyük kontrakt elektronika istehsalçısı olan Foxconn şirkətinin sədri Young Liu səsləndirib. “Bu təcrübədən əvvəl düşünürdük ki, bəlkə də insanları, hər bir işçini əvəz edə bilərik. Amma məlum oldu ki, həmin 80%-dən sonrakı hissədə insanlar generativ süni zəkadan xeyli daha yaxşı nəticə göstərirlər” - deyə Liu qeyd edib.

Ardını oxu...

Çin orbitdə superkompüter qurmaq üçün ilk peyklərini buraxıb!

Çin orbitə 12 yeni peyk yerləşdirməklə kosmosa əsaslanan superkompüter sisteminin əsasını qoyub. Sistem məlumatları birbaşa kosmosda emal etmək üçün nəzərdə tutulub. Layihə “Three-Body Computing Constellation” kimi təqdim edildi və məşhur elmi fantastika romanı “Üç Bədən Problemi”nin şərəfinə adlandırılıb.

Çin orbitə 12 peyk çıxarmaqla kosmosda superkompüter yaratmaq planına doğru ilk addımı atıb. Çinin bu istiqamətdə məqsədi kosmosda məlumatları Yerə ötürmədən anında emal edə biləcək bir sistem yaratmaqdır.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1914554
Bu gün
Bu həftə
Bu ay
Ümumi
786
6184
3675
1914554
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.