Şənbə, 21 İyun 2025

Süni zəka tarixdəki bütün texnologiyalardan daha sürətlə inkişaf edir

Süni zəkanın tətbiqi bəşər tarixindəki bütün əvvəlki texnoloji inqilablardan fərqlənir. Vençur investoru Mary Meeker 340 slayddan ibarət hesabat yayımlayıb və bu hesabatda “misilsiz” sözü 51 səhifədə yer alır. Hesabatda süni zəkanın necə sürətlə inkişaf etdiyi, tətbiq olunduğu, maliyyələşdirildiyi və istifadə edildiyi ətraflı şəkildə təqdim olunub. Bu proseslər çoxsaylı qrafik və diaqramlarla dəstəklənib. Məsələn, ChatGPT cəmi 17 ay ərzində 800 milyon istifadəçiyə çatıb. Bu qədər qısa müddətdə belə auditoriyaya çatan heç bir texnologiya olmayıb. Mary Meeker, Bond vençur şirkətinin təsisçisi və baş tərəfdaşıdır.

O, bir zamanlar məşhur illik Internet Trends hesabatlarına görə “İnternetin kraliçası” adlandırılırdı.2010-2019-cu illər arasında o, Kleiner Perkins şirkətində inkişaf sahəsinə rəhbərlik edib və Facebook, Spotify, Ring və Block (əvvəlki adı Square) kimi şirkətləri dəstəkləyib. Meeker 2019-cu ildən bəri belə hesabatlar yaymırdı, lakin indi geri dönərək süni zəkanın yayılmasının tarixdəki bütün texnologiyaları geridə qoyduğunu göstərmək qərarına gəlib. ChatGPT cəmi 17 ay ərzində 800 milyon istifadəçiyə çatıb. Bu, misilsiz göstəricidir. İllik sabit gəlir üzrə yüksək nəticələrə çatan şirkətlərin sayı və bunun başvermə sürəti də eyni dərəcədə misilsizdir. Süni zəkanın istifadəsi üzrə xərclərin azalması sürəti də bütün rekordları qırır. Bir modeli öyrətmək üçün xərclər 1 milyard dollara çatsa da, texnologiyanın istifadəsi - yəni inferens dəyəri - son 2 ildə artıq 99% azalıb (əgər hesablamalar 1 milyon token üçün götürülərsə).

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653160
Bu gün
Bu həftə
Bu ay
Ümumi
998
9733
26436
1653160
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.