Meta Aria Gen 2 ağıllı eynəyi barəsində yeni detallar təqdim olunub
Meta şirkəti Aria Gen 2 adlı təcrübi ağıllı eynəyi ilə bağlı bəzi detalları açıqlayıb. Bu eynək artırılmış reallıq, süni zəka və robototexnika sahəsində tədqiqatlar üçün platforma kimi hazırlanıb. Meta Aria Gen 2 ağıllı eynəyi kompakt çərçivəyə malikdir və gələcəkdə istehlak cihazlarında istifadə oluna biləcək bir sıra texnoloji həllərlə seçilir. Bu həllər arasında baxış istiqamətini, göz qırpmasını və göz bəbəyinin mərkəz mövqeyini qeydə alan göz izləmə sistemi var.Meta nümayəndələrinin sözlərinə görə, bu qabaqcıl siqnallar istifadəçinin vizual diqqətini və niyyətlərini daha dəqiq anlamağa kömək edir
və insan-kompüter qarşılıqlı əlaqəsi üçün yeni imkanlar yaradır.Şirkət bu cihazın ilk versiyasını 2020-ci ildə təqdim etmişdi və o, yalnız tədqiqat məqsədləri üçün nəzərdə tutulmuşdu.
2025-ci ilin fevral ayında Meta, Aria Gen 2 modelini təqdim edərək bildirdi ki, bu cihaz gələcək innovasiyalar üçün yol açacaq və yeni hesablama platformasının formalaşmasına töhfə verəcək. Təkmilləşdirilmiş göz izləmə sistemi ilə yanaşı, Aria Gen 2 eynəyi computer vision funksiyasına sahib 4 kamera ilə təchiz olunub. Bu kameralar əlləri və digər obyektləri 3D formatında izləməyə imkan verir. Praktikada bu məlumatlar yüksək dəqiqlik tələb edən tapşırıqların, məsələn, robotik manipulyatorların ustalıqla idarə olunması üçün istifadə oluna bilər. Eynəyin burun körpüsünə istifadəçinin ürək döyüntüsünü oxumağa imkan verən fotopletizmoqrafiya sensoru yerləşdirilib.