Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib. Onun fikrincə, bu cür robotlar hələlik zavodlarda rutin tapşırıqları səmərəli şəkildə yerinə yetirə bilmir. Elon Musk isə Optimus robotlarını Tesla-nın əsas aktivlərindən biri hesab edir və onların şirkətin dəyərini trilyonlarla dollara yüksəldəcəyinə inanır. O bu il artıq minlərlə belə robotun Tesla zavodlarında istifadə olunacağını, 2030-cu ilə qədər isə milyonlarla sayda istehsal ediləcəyini gözləyir.

Cənubi Koreyanın POSTECH (Pohanq Elm və Texnologiya Universiteti) alimləri piksellərə əsaslanan lokal səs texnologiyasına malik OLED panel nümayiş etdiriblər - səs birbaşa ekran səthindən yayımlanır. Prototipin ölçüsü 13 düym təşkil edir ki, bu da planşet və noutbuk ekranları ilə müqayisə oluna bilər. Bu tip ekranın hər bir pikseli ayrıca bir səsgücləndirici kimi işləyə bilir və bu sayədə xarici səsgücləndiricilər olmadan çoxkanallı səs sistemi yaradılır. Professor Su Seok Choi və aspirant Inpyo Hong-un rəhbərlik etdiyi tədqiqat qrupu orqanik işıq saçan diod (OLED) təbəqələrininaltına ultra nazik piezoelektrik elementlər yerləşdirib. Onlar elektrik siqnallarını lokal vibrasiyalara çevirirlər.
Süni zəka əsaslı Meta AI köməkçisinin aylıq istifadəçi auditoriyası, inteqrasiya olunduğu bütün tətbiqlər üzrə, 1 milyard nəfərə çatıb. Bu barədə Meta Platforms şirkətinin rəhbəri Mark Zuckerberg səhmdarlarla illik görüş zamanı məlumat verib. Auditoriyanın artmasına ayrıca Meta AI tətbiqinin istifadəyə verilməsi də təsir edib. Zuckerberg bildirib ki, bu il şirkət əsas diqqətini Meta AI-nin təkmilləşdirilməsinə və onu fərdiləşdirmə, səsli qarşılıqlı əlaqə və əyləncə sahələrinə yönəlmiş qabaqcıl süni zəka köməkçisinə çevirməyə yönəldəcək.
Alimlər ilk dəfə güclü lazer vasitəsilə maye halında karbon əldə edib və laboratoriya şəraitində onun strukturunu öyrəniblər. Əvvəllər bu prosesin mümkün olmadığı düşünülürdü. Bu nailiyyət termonüvə enerjisinin əldə olunması yolunda mühüm mərhələ sayılır, çünki maye karbon gələcək termonüvə reaktorlarının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Maye karbon termonüvə sintezi nəticəsində demək olar ki, tükənməz enerji əldə olunan termonüvə reaktorları kimi texnologiyalarda mühüm rol oynayır.