İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub
2012-ci ildə CERN-dən olan fiziklər Böyük Adron Kollayderində (BAK) aparılmış təcrübə zamanı indiyədək süni yolla yaradılmış ən yüksək temperaturu qeydə alıblar. Söhbət, 5 trilyon dərəcə Selsi temperaturdan gedir. Bu, Günəşin nüvəsinin təxminən 15 milyon dərəcə olan temperaturundan 300 000 dəfə çoxdur. Fiziklərin sözlərinə görə, kainatda mövcud olan ən isti ulduzların temperaturu 100 milyon dərəcə Selsiyə çatır. Lakin BAK-da aparılan təcrübələr zamanı trilyonlarla dərəcə temperatur əldə etmək mümkündür və indiyədək qırılmayan bu rekord 13 il əvvəl müəyyən edilib. Bu, süni şəkildə yaradılmış ən yüksək temperatur hesab olunur.