Aviasiyada yeni təyyarə dizaynı: Pəncərəsiz, yüksək sürət
Aviasiyada ənənədən kənara çıxan Otto Aviation, pəncərəsiz iş təyyarəsi Phantom 3500 ilə hava daşımalarını yenidən təyin etməyə hazırlaşır. “Pəncərələr deyil, səmərəlilik önəmlidir” deyən şirkət, klassik təyyarə dizaynının ayrılmaz parçası olan pəncərələri tamamilə aradan qaldıraraq aerodinamik performansı zirvəyə çatdırır.Təyyarə dizaynı ilə maraqlanan mühəndislər üçün pəncərələr təkcə struktur problemi deyil. Belə ki, çəki və aerodinamik sürtünmə nəticəsində yanacaq səmərəliliyinin azalmasının da əsas günahkarları onlardır. Phantom 3500 bu problemi kökündən həll edir.

Avtonom idarəetmə sistemlərinin qabaqcılları Oliver Cameron və Jeff Hawke tərəfindən qurulan süni intellekt startapı Odyssey özünün ən son süni intellekt modelini açıqlayıb. Bu süni intellekt modeli istifadəçilər üçün interaktiv videolar yaratmağa imkan verəcək. Model hələ ilkin mərhələdə olsa da və mükəmməl səviyyədə olmasa da, perspektivli strukturu ilə diqqəti cəlb edəcək kimi görünür. Odyssey-in yeni süni intellekt modeli hər 40 millisaniyədə bir video kadr yaratmaq üçün nəzərdə tutulub.
5000 ədəd 4K keyfiyyətində filmi cəmi bir saniyəyə yükləmək - bu, fantastika kimi səslənsə də, yapon alimlər qrupu təxminən bu nəticəyə nail olmağı bacarıb. Bunun üçün onlar bu gün geniş istifadə olunan optik kabellərlə eyni qalınlıqda olan xüsusi hazırlanmış optik lifdən istifadə ediblər. Yapon alimləri dünya rekordu qırıblar. Onlar xüsusi hazırlanmış 19 nüvəli optik lif vasitəsilə 1.02 petabit (1.02 x 10⁶ Gbit və ya 127.5 TB) məlumatı saniyədə 1808 km məsafəyə ötürə biliblər.
Süni zəka yaxın 5 ildə ilkin ofis vakansiyalarının 50%-ə qədərinin yox olmasına səbəb ola bilər. Bu barədə Anthropic şirkətinin rəhbəri Dario Amodei xəbərdarlıq edib. O, Axios-a verdiyi müsahibədə bildirib ki, işsizlik səviyyəsi 10-20%-ə qədər arta bilər, lakin həm şirkətlər, həm də hökumətlər qarşıdakı dəyişikliklərin miqyasını hələ də yetərincə dəyərləndirmirlər. Onun sözlərini aparılan araşdırmaların nəticələri də təsdiqləyir. Süni zəka artıq əvvəllər universitet məzunları, təcrübəçilər və aşağı vəzifəli mütəxəssislər tərəfindən yerinə yetirilən vəzifələrin öhdəsindən gəlir.
İsrailin D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb. Bu sistem düşmən dronlarının heç bir maneə və dağıntı yaratmadan idarəsini ələ keçirə və onları təhlükəsiz şəkildə yerə endirə bilir. Ənənəvi dron əleyhinə üsullardan - məsələn, siqnalın sıxışdırılması və ya dronun fiziki məhv edilməsi - fərqli olaraq, bu yeni texnologiya xüsusilə sıx məskunlaşmış ərazilərdə daha dəqiq və təhlükəsiz zərərsizləşdirmə üsulu təklif edir. Lakin qeyd olunur ki, güclü kibermüdafiəyə malik hərbi dronlara qarşı bu sistemin təsiri məhdud ola bilər. Dronu zərərsizləşdirməyin bir neçə üsulu mövcuddur və onların hər birinin çatışmazlıqları var.