Bazar ertəsi, 25 Avqust 2025

Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

TikTok yenidən Youtube kimi böyük platformaların istifadəçi kütləsini özünə çəkmək məqsədini önünə qoyub. Belə ki, sözügedən məşhur sosial şəbəkə 10 dəqiqəlik videoların yüklənməsi imkanını tədricən istifadəyə verməyə başlayır. Sosial media üzrə britaniyalı mütəxəssis Matt Navarra bildirib ki, o, TikTok yenilənməsi barəsində mesajı əldə edib. Əldə edilmiş mesajda TikTok-un yeni versiyasının smartfonlar və kompüterlər üçün qlobal miqyasda istifadəyə verilməsi barəsində məlumat əks olunub. Həmçinin əldə edilmiş mesajda qeyd edilib ki, TikTok yüklənən videoların xronometrajlarını 10 dəqiqəyə yüksəldir. Qeyd etmək lazımdır ki, bu, TikTok-un bu məsələ ilə bağlı ilk addımı deyil.

Ardını oxu...

Xenomorph adlı yeni Android virus Google Play-də adi tətbiq kimi maskalanaraq yayılmağa başlayıb

Mütəxəssislər Xenomorph adlı yeni Android virus barəsində məlumat veriblər. Aşkar edilmiş yeni virus Google Play Store üzərindən yayılır. Analitiklərin məlumatlarına əsasən bu virus artıq 50.000 ədəd cihazı yoluxdurub. Məlumatda qeyd edilib ki, Xenomorph adlı virus ilk növbədə cihazlardakı vacib maliyyə məlumatlarının axtarılması ilə məşğul olur. Hal hazırda sözügedən virus hələ hazırlanma mərhələsindədir. Lakin buna baxmayaraq o artıq İspaniya, İtaliya, Portuqaliya və Belçika kimi ölkələrin maliyyə müəssisələrinin müştərilərinə qarşı kiberhücumlar reallaşdırır.

Ardını oxu...

Instagram istifadəçiləri özəl mesaj göndərmədən Stories paylaşımlarına reaksiya bildirə biləcəklər

Instagram sosial şəbəkəsi Private Story Likes adlı funksiyanın inteqrasiyası üzərində çalışır. Bu funksiya vasitəsilə istifadəçilər bu və ya digər Stories paylaşımına reaksiya bildirə biləcəklər. Bununla belə bu halda Stories paylaşımının müəllifinə ayrıca mesaj göndərməyə ehtiyac qalmayacaq. Daha öncə hər hansı bir Stories paylaşımına smaylik vasitəsilə reaksiya bildirən zaman seçilmiş smaylik mesaj şəklində Stories paylaşımını etmiş müəllifə göndərilirdi.

Ardını oxu...

İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı

“URL Genius” marketinq şirkəti 10 sosial şəbəkə arasında araşdırma aparıb və onlardan hansının istifadəçiləri daha çox izlədiyini araşdırıb. Məlum olub ki, ən çox istifadəçi məlumatlarını toplayan şirkət “YouTube” və “TikTok”dur.

Tədqiqat üçün “Apple” qacetlərində mövcud olan “Tətbiq Fəaliyyətinin Qeydiyyatı” funksiyasından istifadə edilərək, “YouTube”, “TikTok”, “Twitter”, “Telegram”, “LinkedIn”, “Instagram”, “Facebook”, “Snapchat”, “Messenger” və “WhatsApp” xidmətləri yoxlanılıb.

Ardını oxu...

"WhatsApp"da daha bir YENİLİK: Artıq bunu 36 saat ərzində edə bilərsiniz

Daim yeniliklərlə istifadəçilərini sevindirən "WhatsApp" daha bir funksiyanı işə salacaq. Artıq burada göndərdiyiniz mesajları bir saat yox, 36 saat ərzində qarşı tərəfdən silə biləcəksiniz.

Bu barədə "WABetaInfo" yazır.

Qeyd edək ki, daha öncə göndəriləndən bir saat müddətində mesajı hər iki tərəfdən, 68 dəqiqə sonra isə yalnız özünüzdən silmək mümkün idi.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1742825
Bu gün
Bu həftə
Bu ay
Ümumi
726
1607
30125
1742825
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.