Google məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib
Google şirkəti heç bir rəsmi anons etmədən məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib. Sözügedən tətbiq artıq Appe Store platformasında aktivdir. Lakin onu standart axtarış sistemi ilə tapmaq mümkün deyil. Bunun üçün birbaşa linkdən istifadə etmək lazımdır. Bir Android smartfondan digərinə keçid edən zaman məlumatların köçürülməsi prosesi asan başa gəlir.

Vatsapın tərtibatçıları mesencer proqramında birbaşa şəkil çəkmək imkanı üzərində işləyirlər.
Verilmiş məlumata əsasən Meta şirkəti öz ilk AR eynəklərini 2024-cü ilin sonuna kimi satışa çıxardacaq. Məlumatda qeyd edilib ki, 2024-cü ildə şirkətin Project Nazare adlı ilk AR eynəyi satışa çıxacaq. Həmin eynək heç bir smartfondan və ya kompüterdən asılı olmayaraq müstəqil şəkildə çalışa biləcək. Bundan əlavə olaraq məlumata əsasən Mark Zuckerberg sözügedən AR eynəyin Hypernova adlı bir qədər sadələşdirilmiş versiyasını da satışa çıxartmağı planlaşdırır.
Armorblox adlı İT şirkəti Whatsapp-dakı səsli mesajlar funksiyası kimi maskalanan yeni dələduzluq sxemi barəsində məlumat verib. Aşkar edilmiş yeni dələduzluq sxemi vasitəsilə hackerlər kompüterə zərərli proqram təminatı yükləyərək onun daxilində mövcud olan istifadəçi hesablarını, elektron portmanatların şifrələrini və hətta faylları oğurlayırlar. Hackerlər kompüterlərin hack edilməsi prosesini elektron poçt məktubu vasitəsilə reallaşdırırlar. Onlar tərəfindən göndərilmiş bu cür məktub messencerin rəsmi dəstək xidmətindən olan bildiriş kimi maskalanır və istifadəçiyə səsli mesajın dinlənilməsini təklif edir.
Whatsapp-ın beta versiyasında konfidensiallığın qorunması üzrə yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya avtomatik silinən mesajlar rejimini tamamlayır. Belə ki, bundan sonra avtomatik silinən mesajlar rejiminin işə salındığı çatlarda göndərilən fotolar öz kopyalarını Gallery-də avtomatik olaraq yarada bilməyəcəklər.