Windows 11-i rəsmi Microsoft hesabı olmadan istifadə etmək mümkün olmayacaq
Microsoft öz yeni əməliyyat sistemi olan Windows 11-ə tədricən müəyyən məhdudiyyətləri əlavə edir. Məlumata əsasən payız fəslində sözügedən əməliyyat sistemi üçün təqdim ediləcək böyük yenilənmədən sonra Windows 11-in istifadəsi üçün mütləq şəkildə Microsoft istifadəçi hesabına sahib olmaq lazım gələcək. Məlumatda qeyd edilib ki, bu ilin oktyabr ayında Windows 11 22H2 yenilənməsinin istifadəyə verilməsi gözlənilir və sözügedən yenilənmənin quraşdırılması zamanı istifadəçidən mütləq şəkildə Microsoft hesabı vasitəsilə autentifikasiyadan keçmək tələb olunacaq.

Google şirkəti Android 13 əməliyyat sisteminin ikinci ictimai beta versiyasını istifadəyə verib. İstifadəyə verilmiş Android 13 Beta 2 versiyası özündə bəzi yenilikləri birləşdirir. Yeniliklər əsasən interfeys dizaynını əhatə etsələr də, Google şirkətinin Android 13-də reallaşdırılacaq digər maraqlı funksiyalar ilə bağlı planları var. Android 13 Beta 2 artıq müxtəlif brendlərin smartfonları üçün istifadəyə verilib. Onların arasında Xiaomi, Google Pixel, OPPO, Vivo, ZTE, OnePlus, Nokia və s. smartfonlar var.
30 apreldə bu cihazlar "WhatsApp”la vidalaşır.
Google şirkəti Android tərtibatçılara tətbiqlərə zənglərin yazılması funksiyasının inteqrasiya edilməsini qadağan edəcək. Bu istiqamətdə Google Play Store-un siyasətində bəzi dəyişikliklər reallaşdırılacaq. Reallaşdırılacaq dəyişikliklər 11 may tarixindən qüvvəyə minəcəklər. Beləliklə Google Play Store-un siyasətində reallaşdırılacaq dəyişikliklərə əsasən kənar tərtibatçılara öz tətbiqlərində zənglərin yazılması funksiyasının reallaşdırılması üçün xüsusi imkanlar API-dan istifadə qadağan ediləcək.
"WhatsApp" yeni funksiyasını açıqlayıb.