Səlcuq Bayraktar Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə qoşulmaq çağırışı edib
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalı ilə bağlı çağırış edib. Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb.
Qeyd edək ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək. “Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb.