Cümə, 03 May 2024

Avropada elektrotexnika üçün vahid adapter tətbiq edilir

Avropada elektrotexnika üçün vahid adapter tətbiq edilir

Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti bütün kiçik və orta ölçülü elektron avadanlıqlar üçün vahid adapter tətbiqi ilə bağlı razılığa gəlib.

Qaydaya görə bütün rəqəmli fotokameralar, mobil telefonlar, planşetlər, qulaqcıqlar və oyun konsolları C tipli USB ilə təchiz edilməlidir. İstehsalçılara yeni qaydaya uyğunlaşmaq üçün 2024-cü ilin payızınadək vaxt verilib. Noutbuk istehsalçıları üçün müddət daha çox – 40 ay müəyyən edilib.

 Yeni qaydanın tətbiqində məqsəd istehlakçı hüquqlarının müdafiəsi ilə yanaşı elektron tullantıların həcmini azaltmaqdır. İstehlakçı hüquqlarının müdafiəçilərinin fikrincə insanların özü ilə çoxsaylı adapter daşıması tarixə qovuşmalıdır. “Apple” şirkəti uzun müddət müqavimət göstərsə də, sonda vahid adapter tələbi ilə razılaşıb.

Avropa Parlamentinin hesabatında deyilir: “Yeni qaydalar avropalı istehlakçıların ildə 250 milyon avroya qənaət etməsinə imkan verəcək. Avropada hər il 11 min tonadək adapter istifadə olunmadığı üçün atılır və elektronik tullantıya çevrilir”.

Avropa İttifaqı növbəti mərhələdə naqilsiz adapterlərlə bağlı da oxşar addım atmaq niyyətindədir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071696
Bu gün
Bu həftə
Bu ay
Ümumi
266
4674
1565
1071696
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi