"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib
"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib. Hakerlərin bu vəziyyətdən yararlanmasının qarşısını alacaq yeniləmə gözlənilir.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, dünyanın ən məşhur internet brauzeri "Google Chrome" tez-tez həddindən artıq prosessor və RAM istehlak etdiyinə görə tənqid olunur. Ancaq yenə də milyardlarla istifadəçi "Chrome"a üstünlük verir.
Ardını oxu...
Hələ bir neçə müddət bundan öncə Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservisin tərtibatçıları bu il əsas diqqətlərini Instagram daxilindəki mesajlara ayıracaqlar və bu məsələ ilə bağlı yeni funksiyalar istifadəyə veriləcək. Sözügedən yeni funksiyalar artıq istifadəyə verilib. Beləliklə istifadəyə verilmiş funksiyalar arasında Instagram-a daxil olmuş mesajlara birbaşa ana səhifədən cavab vermək imkanı var. Bundan sonra istifadəçi bu və ya digər kontenti izləməyi dayandırmadan və mesaj bölməsinə keçid etmədən daxil olmuş mesaja birbaşa ana səhifədən cavab verə biləcək.
“WhatsApp” mesencer vasitəsilə 2GB-a qədər faylların göndərilməsi imkanını sınaqdan keçirməyə başlayıb.
Bir neçə gün bundan öncə xəbər ortaya çıxmışdı ki, Huawei şirkəti öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul vasitəsilə geri qaytaracaq. Belə ki, şirkət 5G dəstəyini reallaşdıracaq xüsusi smartfon keysləri üzərində çalışır. Həmin keyslər öz növbələrində şirkətin aktual və gələcək smartfonlarını 5G şəbəkəsi ilə təmin etməlidirlər. İndi isə internetdə sözügedən keysin ilk real fotosu ortaya çxıb. Çinin Weibo adlı sosial şəbəkəsində Huawei P50 Pro-nun fotosu ortaya çıxıb.