OpenAI təşkilatı sadə mətnlər əsasında fotolar yarada bilən neyron şəbəkəsini təqdim edib
Süni zəka sahəsində fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı özünün DALL-E adlı neyron şəbəkəsinin yeni versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, bu neyron şəbəkə sadə mətn təsviri sayəsində fotolar generasiya edə bilir. DALL-E 2 daha geniş imkanlar əldə edib və həmin imkanlar arasında artıq hazır fotolarla çalışmaq bacarığı da var. Yeni alqoritmin əvvəlki versiyadan əsas fərqi ondan ibarətdir ki, o, artıq hazır fotoları redaktə etmək imkanını özündə birləşdirir. Əvvəllər bu neyron şəbəkəsi yalnız mətn təsviri əsasında fotolar çəkə bilirdi.

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus prosessoru üzərində çalışır və o, may ayının sonunda təqdim oluna bilər. Gözləntilərə əsasən yeni prosessor Snapdragon 8 Gen 1-in davamçısı olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus ilə birlikdə Snapdragon 7 seriyasının yeni modelini də təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Snapdragon 7 seriyasının yeni prosessoru 2.46 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A710 nüvəsi və 1.80 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi ilə təchiz olunacaq.
Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq. Bu cür tətbiqlərdən istifadə edən şəxslər üçün onlar hələ də əlçatan olacaqlar. Lakin yeni istifadəçilər sözügedən tətbiqləri tapa və öz cihazlarına quraşdıra bilməyəcəklər. Verilmiş məlumata əsasən Google Play Store-da 3.5 milyon tətbiq mövcuddur. Onlardan çoxu isə artıq uzun müddətdir ki, müasir proqram təminatı tələblərinə cavab vermir. Çox halda bu cür tətbiqlər heç bir təhlükə mənbəyi daşımırlar. Lakin buna baxmayaraq Google şirkəti istifadəçilər üçün ola biləcək riskləri minimuma endirmək istəyir. Beləliklə şirkət bu ilin noyabr ayından başlayaraq köhnə tətbiqləri Google Play Store daxilində gizlətməyə başlayacaq.
“Twitter” sosial şəbəkəsi mesajların redaktə edilməsi funksiyasının tətbiqi üzərində işləyir.
Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2022 tədbirinin keçiriləcəyi tarixi elan edib. Sözügedən tədbir 6-10 iyun tarixlərində online fomatda baş tutacaq. WWDC 2022 tədbiri çərçivəsində Apple şirkəti öz əməliyyat sistemlərinin yeni versiyalarını anons etməlidir. Təbii ki, iPhone istifadəçilərinin sözügedən tədbirdən ən çox gözlədikləri yeni iOS 16 əməliyyat sistemidir. İnternetdə artıq iOS 16 barəsində ilk məlumatlar ortaya çıxıb. Beləliklə insayderlər xəbər veriblər ki, yeni əməliyyat sistemi qapalı beta test mərhələsinə keçid edb.