Windows 11-də daha təkmilləşdirilmiş videoredaktor istifadəyə veriləcək
Paint və Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər. Sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə həmçinin müxtəlif multimedia alətləri daxildir və Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət, videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. Yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.