Bazar, 05 May 2024

NVIDIA-nın yeni neyron şəbəkəsi adi fotolar əsasında realistik 3D fotolar yarada bilir

NVIDIA şirkəti Stenford Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində EG3D adlı yeni neyron şəbəkəsi yaradıb. Sözügedən neyron şəbəkəsi ikiölçülü adi təsvirlər əsasında realistik üçölçülü təsvirlər yarada bilir. Məlumata əsasən yaradılmış bu alqoritm mövcud olan digər analoqları həm sürət həm də dəqiqlik baxımından geridə qoyur və bununla yanaşı öz işi üçün o qədər də güclü kompüter tələb etmir. EG3D adlı neyron şəbəkəsi adi insanların, məşhur şəxslərin və hətta heyvanların üzlərini detallı şəkildə yarada bilir. Onun generasiya etdiyi 3D obyektlər bütün perimetr üzrə düzgün həndəsi özəlliklərə sahibdirlər. Lakin alqoritm tərəfindən yaradılan 3D obyektləri oyunlarda və buna bənzər digər layihələrdə hələ istifadə etmək mümkün deyil.

Belə ki, alqoritmin yaratdığı obyektləri standart üsullarla redaktə etmək və ya onlara hansısa əlavələri yerləşdirmək çox qəliz məsələdir. Bununla belə mütəxəssislər bu cür proseslərin optimizasiyası üzərində artıq çalışırlar. Sözügedən neyron şəbəkəsini istənilən şəxs yoxlaya bilər. Bunun üçün müəyyən tələblərə uyan videokarta sahib olmaq lazım gələcək. NVIDIA şirkəti EG3D-nin mənbə kodunu və ondan istifadə təlimatını təqdim edib. 

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073081
Bu gün
Bu həftə
Bu ay
Ümumi
535
6059
2950
1073081
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi