Bazar ertəsi, 29 Aprel 2024

VR və AR mühitdəki obyektləri hiss etməyə imkan verən Nova 2 əlcəyi təqdim edilib

Hollandiyanın SenseGlove adlı texnoloji şirkəti Nova 2 adlı əlcəyi təqdim edib. Sözügedən texnoloji əlcək virtual və artırılmış reallıq mühitindəki obyektlərlə qarşılıqlı əlaqə zamanı güclü taktil geridönüşü sərgiləyir. Bu əlcək vasitəsilə dünyanın digər hissəsində yerləşən biznes partnyorun əlini sıxmaq və ya müxtəlif rəqəmsal obyektlərlə qarşılıqlı əlaqədə olmaq olar. Bütün bunlar güclü taktil geridönüş texnologiyası vasitəsilə reallaşır.

Sözgüedən texnologiya əlcəkdən istifadə edən şəxsdə toxunuş hisslərini imitasiya edir. Məlumatda qeyd edilib ki, istifadəçinin əlinə toxunan istənilən virtual obyekt əsl obyekt kimi hiss olunur.

Güclü taktil geridönüş texnologiyası bu halda istifadəçinin barmaq hərəkətlərini məhdudlaşdırır və nəticədə istifadəçidə əl vasitəsilə real obyektin tutulması hissi yaranır. Nova 2 texnoloji əlcəyi bu ilin sonunda satışa çıxmalıdır. Onun qiyməti isə 6000$ təşkil edəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1067775
Bu gün
Bu həftə
Bu ay
Ümumi
263
753
23601
1067775
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi