Microsoft əfsanəvi WordPad tətbiqini deaktiv edəcək
İstifadəyə verildiyi vaxtdan 28 il sonra Microsoft şirkəti WordPad tətbiqini ləğv etməyi qərara alıb. Bu barədə məlumat şirkətin yenilənmiş dokumentasiyasında əks olunub. Şirkət bildirib ki, WordPad bundan sonra yeni funksiyaları və yenilənmələri əldə etməyəcək. Üstəlik növbəti Windows yenilənməsi WordPad-ı əməliyyat sistemindən tamamilə siləcək. Onun yerinə Microsoft Word və ya Notepad tətbiqlərindən birini istifadə etməyi məsləhət görür. Qeyd etmək lazımdır ki, şirkət WordPad tətbiqini 28 il bundan öncə anons etmişdi və o, Microsoft Write adlı mətn redaktorunun davamçısı hesab edilirdi.


Meta şirkətı süni zəka sahəsindəki yeni məhsulunu təqdim etməyə hazırlaşır. Söhbət, proqram təminatı kodlarının tərtib edilməsi imkanına sahib süni zəka modelindən gedir. Bu layihə Code Llama adını əldə edib. Sözügedən layihə Meta-nı Google, Microsoft və OpenAI şirkətlərinin daxil olduqları siyahıya əlavə edə bilər. Code Llama adlı süni zəka modeli istifadəçinin sorğusu əsasında proqram təminatı kodlarını tərtib edə biləcək.
Elon Musk xəbər verib ki, istifadəçilərin bloklanması funksiyası X-də (keçmiş Twitter) aradan qaldırıla bilər. Bloklama funksiyası sayəsində X istifadəçiləri digərlərini öz paylaşımlarını izləmək, abunə olmaq və əlaqə qurmaq imkanından məhrum edirlər. Bu cür tədbir sosial platformada ola biləcək təqib, mənəvi təcavüz və təhqir kimi poroblemləri aradan qaldırmağa imkan verir. Bütün bu funksiyalar X-də aradan qaldırıla bilər.
Google müxtəlif Android cihazların sinxronlaşdırılmasına hədəflənmiş yeni funksiyanı istifadəyə verməyi planlaşdırır. Məlumata əsasən sözügedən funksiya Apple ekosistemində eyni məqsədə hədəflənmiş Continuity adlı funksiyaya bənzəyəcək. Əgər istifadəçi bir neçə Android cihaza sahibdirsə və onların hamısında bir Google hesabına daxil olubsa, həmin cihazlar sözügedən funksiya vasitəsilə bir-biriləri ilə qarşılıqlı əlaqədə ola biləcəklər.