20 ildən sonra süni intellekt sayəsində danışdı
ABŞ-da 20 ilə yaxındır iflic olan xəstə süni intellektin dəstəklədiyi neyrotexnologiya sayəsində mücərrəd anlayışlarla cümlələr qura bilib.
Belə ki, Ann Conson adlı qadın təxminən 20 il əvvəl, 30 yaşında voleybol oynayarkən keçirdiyi qəzadan sonra beyin sapı insult sindromundan əziyyət çəkib. Conson uzun müddət bədənində heç bir əzələni hərəkət etdirə bilməyib və danışma qabiliyyətini itirib.
Ardını oxu...
Whatsapp-ın beta versiyasının istifadəçiləri messencer ilə bağlı maraqlı bir screenshot fotonu bölüşüblər. Təqdim edilmiş screenshot fotoda messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasının yeni səhifəsi əks olunub. Həmin səhifəyə əsasən Whatsapp yaxın zamanda digər messencerlərin istifadəçiləri arasında mesajların mübadiləsi funksiyasını əldə edəcək. Bu funksiya Avropa Birliyinin rəqəmsal bazarlar üzrə yeni qanun layihəsi (DMA) səbəbilə yaxın 6 ay ərzində messencerin Android və iOS versiyalarında istifadəyə verilməlidir.
Forrester şirkətinin analitiklərinin proqnozlarına əsasən bu onilliyin sonuna kimi generativ süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək. Proqnozlara əsasən bu, 2030-cü ilə qədər baş verəcək və 2.4 milyon iş yerini əhatə edəcək. Generativ süni zəkadan ilk öncə zərər çəkəcək işçilər isə müxtəlif ofis tapşırıqlarını yerinə yetirən şirkət əməkdaşları olacaqlar.
Meta Platforms şirkəti OpenAI şirkətinin GPT-4 modelini geridə qoymağı hədəfləyib. Buna görə də şirkət yeni süni zəka modelinin hazırlanmasına start verib. Öz süni zəka modelinin təlimatlandırılması üçün şirkət NVIDIA-nın H100 adlı süni zəka çiplərini alır və data mərkəzlərini genişləndirir. Meta öz yeni süni zəka modelinin təlimatlandırılmasını gələn ilin əvvəlinə planlaşdırır. Sözügedən layihənin əsas məqsədi insan ünsiyyətini imitasiya etməyi bacaracaq yeni nəsil süni zəka alətlərinin yaradılmasıdır.
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 21 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.