Bazar ertəsi, 29 Aprel 2024

Google xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmini hazırlayır

Ortaya çıxmış məlumata əsasən Google şirkəti xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmi üzərində çalışır. Bu layihənin Genesis kod adına sahib olduğu bildirilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət Genesis-i artıq The New York Times, The Washington Post və The Wall Street Journal kimi nəşriyyatların rəhbərlərinə sərgiləyib. Ortaya çıxmış məlumata əsasən Google tərəfindən hazırlanan süni zəka alqoritmi bu və ya digər hadisələr əsasında xəbərləri tərtib edə bilir. Google hesab edir ki, bu cür süni zəka alqoritmi jurnalistlərin yardımçısı rolunda çıxış edə bilər. 

Onun vasitəsilə hazır xəbərləri tərtib etməklə yanaşı optimal xəbər başlıqlarını seçmək və ya xəbərin tərkib hissəsinin tərzini dəyişmək olar. “Biz xəbər nəşriyyatları ilə əməkdaşlıq çərçivəsində jurnalistlərə onların işlərində yardımçı ola biləcək süni zəka alətlərinin yaradılmasına yol açacaq potensial ideyaların nəzərdən keçirilməsi mərhələsindəyik” - deyə Google təmsilçisi qeyd edib. Bununla yanaşı Google təmsilçisi bildirib ki, şirkətin əsas məqsədi jurnalistlərə onların iş effektivliklərini yüksəldə biləcək süni zəka alətlərinin təqdim edilməsindədir. Xüsusi olaraq qeyd edilib ki, Google jurnalistləri süni zəka alqoritmləri ilə əvəz etmək niyyətində deyil. Hal hazırda Genesis-in qoyulmuş tapşırıqların öhdəsindən necə gəldiyi aydın deyil. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1068129
Bu gün
Bu həftə
Bu ay
Ümumi
617
1107
23955
1068129
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi