Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib
Microsoft şirkəti Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılması prosesinə start verib. Belə ki, Windows 11-in yeni test versiyasında sözügedən səsli köməkçi artıq deaktiv edilib. Bununla yanaşı Windows 11-in stabil versiyasında Microsoft Store tətbiqinin yenilənməsini əldə etmiş bəzi istifadəçilər də qeyd ediblər ki, yenilənmədən sonra Cortana artıq çalışmır. Windows 11-in yeni test versiyasında Cortana-nı işə salmaq istəyən zaman istifadəçiyə belə bir bildiriş sərgilənir. “Cortana Windows-da avtonom tətbiq kimi artıq köhnəlib”.


Keçən həftə OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun Android üçün nəzərdə tutulmuş tətbiqini bəzi ölkələrdə istifadəyə vermişdi. İndi isə şirkət rəsmi olaraq bildirib ki, tətbiq əlavə 160 ölkədə istifadəyə verilib. Çat-botun Android üçün olan tətbiqinin istifadəyə verildiyi ölkələr arasında Azərbaycan, Türkiyə, Ukrayna, Çexiya, Xorvatiya, Almaniya, Gürcüstan və s. ölkələr var. Çat-botun Android üçün olan tətbiqini
Google şirkətinin süni zəka əsaslı Search Generative Experience ( SGE ) adlı sistem yeni faydalı funksiyanı əldə edib. Söhbət, axtarış nəticələrinə foto və videoların daxil edilməsi gedir. Google Axtarış -ün Search Labs bölməsində SGE-ni aktivləşdirmiş test öz axtarışları üzrə əsas məlumatların yuxarı hissəsindən sonra daha çox multimedia elementlərinə görə ölçdülər. Google bildirib ki, o, multimedia elementlərinin köməyinə sürətli şəkildə nümayiş və nümayiş olunan linklərdə daha çox məlumatın əks olunması çalışır.
Meta şirkəti AudioCraft adlı generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem açıq mənbəli koda sahibdir və istifadəçinin mətn formatında təsviri əsasında audio faylın tərtib edilməsi üçün nəzərdə tutuluib. AudioCraft özündə ayrı-ayrılıqda 3 süni zəka modelini birləşdirir. Söhbət, MusicGen, AudioGen və EnCodec adlı süni zəka modellərindən gedir. MusicGen musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub və o, Meta-nın musiqiləri və bu məqsədlər üçün nəzərdə tutulmuş lisensiyalı musiqilər əsasında təlimatlandırılıb.