Google bütün Android cihazların sinxronlaşdırılması funksiyası üzərində çalışır
Google müxtəlif Android cihazların sinxronlaşdırılmasına hədəflənmiş yeni funksiyanı istifadəyə verməyi planlaşdırır. Məlumata əsasən sözügedən funksiya Apple ekosistemində eyni məqsədə hədəflənmiş Continuity adlı funksiyaya bənzəyəcək. Əgər istifadəçi bir neçə Android cihaza sahibdirsə və onların hamısında bir Google hesabına daxil olubsa, həmin cihazlar sözügedən funksiya vasitəsilə bir-biriləri ilə qarşılıqlı əlaqədə ola biləcəklər.
Bu funksiya çərçivəsində reallaşdırılacaq Call Switching imkanı zəng prosesi zamanı bir cihazdan digərinə keçidi mümkün edəcək.
Ardını oxu...
Bir neçə müddət bundan öncə Google şirkəti elan etmişdi ki, 2 il ərzində heç bir aktivlik sərgiləməmiş Google hesabları silinəcək. İndi isə şirkət bu barədə bildirişi bütün istifadəçilərə göndərərək xatırlatma edir. Aktiv olmayan Google hesablarına dair şirkətin yeni siyasətini əks etdirən bildiriş
Çinin “Fourier Intelligence” şirkəti iyulun sonunda Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında “GR-1” humanoid robotunu təqdim edib.
Meta şirkətinin CEO-su Mark Zuckerberg-in verdiyi məlumata əsasən Threads servisinin veb versiyası yaxın həftələrdə istifadəyə veriləcək. Şirkətin Twitter analoqu threads.net veb ünvanı vasitəsilə çalışacaq. Lakin indi bu veb ünvana keçid edən zaman ekranda servisin Android və ya iOS versiyasını yükləmək təklif edilir. Qeyd etmək lazımdır ki, veb versiyadan əlavə olaraq Threads-də həmçinin axtarış sistemi də mövcud deyil. Zuckerberg bildirib ki, axtarış sistemi də servisdə yaxın həftələrdə istifadəyə veriləcək. Şirkətin öz yeni servisinin veb versiyasını hazırlaması istifadəçilərin ona tələbatından xəbər verir.
Mətnli təsvirlər əsasında fotoların tərtib edilməsi ilə məşğul olan Stable Diffusion adlı neyron şəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti yeni neyron şəbəkəsini təqdim edib. Təqdim edilmiş yeni neyron şəbəkəsi StableCode adını əldə edib və o, proqram təminatı kodlarının tərtib olunması üçün nəzərdə tutulub. Şirkətin fikrincə StableCode tərtibatçılara gündəlik işlərdə və yeni texnologiyaların mənimsənilməsində yardımçı olacaq.